Zeytun Pharmaceuticals Zeytun Pharmaceuticals
  • 896
Zeytun Pharmaceuticals

Zeytun Pharmaceuticals

Əczaçılıq

İnsan Resursları Əməliyyatları üzrə Mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnsan Resursları Əməliyyatları üzrə Mütəxəssis

  • Deadline 14 İyun 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ümumi tələblər:

  • İnsan resursları, biznesin idarəolunması və ya digər əlaqəli sahə üzrə ali təhsil (müvafiq sahədə magistr dərəcəsinin olması üstünlükdür);
  • Mükəmməl səviyyədə Əmək məcəlləsi bilikləri;
  • Ofis proqramlarında işləmək bacarığı;
  • İR əməliyyatları üzrə ən azı 2 il iş təcrübəsi;
  • Ünsiyyət davranış, komandada işləmək, idarəetmə bacarıqları;

Vəzifə öhdəlikləri:

  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə əsasən yeni işçilərin sənədlərinin qəbulu, əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi, xitam verilməsi, vəzifə dəyişikliyi, mükafatlandırılması, ezamiyyətə göndərilməsi və sair ilə bağlı sənədlərin rəsmiləşdirilməsi, habelə Əmək Müqaviləsi bildirişlərinin ƏMAS altsisteminə daxil edilməsi, müvafiq sənədləşmənin icra edilməsi və ƏMAS-la bağlı digər əməliyyatların vaxtında yerinə yetirilməsi;
  • Qanunvericiliyin tələblərinə uyğun bütün növ əmrlərin hazırlanması, təsdiqlənməsi və onların qeydiyyatının aparılması;
  • İşçilərin şəxsi işlərini formalaşdırmaq və dəyişikliklərin müntəzəm qeydiyyatının aparılması;
  • İşdən azad olunan işçinin son haqq-hesabı (iş günü, məzuniyyət və s.) barədə məlumatları maliyyə şöbəsinə təqdim etmək;
  • İşçilərin aylıq hesabatlarının hazırlanması;

İş şəraiti:

  • İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı şəh., Zərifə Əliyeva küç., 93);
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
  • Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı namizədin təcrübəsindən asılı olaraq dəyişir.

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.

  • Daily131
  • Weekly636
  • Monthly1387