Zeytun Pharmaceuticals Zeytun Pharmaceuticals
  • 323
Zeytun Pharmaceuticals

Zeytun Pharmaceuticals

Əczaçılıq

Kateqoriya üzrə mütəxəssis (Uşaq və gigiyena məhsulları üzrə)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kateqoriya üzrə mütəxəssis (Uşaq və gigiyena məhsulları üzrə)

  • Deadline 2 Aprel 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili – sərbəst, rus və ya ingilis dili biliyi üstünlükdür;
  • Bazar araşdırması, rəqib analizi və istehlakçı trendlərinin təhlili üzrə praktiki biliklər.

Əsas vəzifə öhdəlikləri:

  • Nəzarətində olduğu kateqoriya üzrə işin aparılması;
  • Mövcud təchizatçılarla məhsulların alış həcmi, satış qiymətləri, kampaniyalar, investisiya məhsulları və digər aktivliklər üzərindən danışıqların aparılması;
  • Səmərəli təchizatçıların tapılması və əməkdaşlıq təkliflərinin hazırlanması;
  • Kateqoriya üzrə məhsullara satış qiymətlərinin təyin edilməsi;
  • Kateqoriya üzrə apteklərdə məhsulların mal qalıqlarına nəzarət;
  • Kateqoriya üzrə apteklərdə hərəkətsiz məhsulların izlənməsi və onlarla bağlı tədbirlərin görülməsi;
  • Endirim kartlarına tətbiq olunan faizlərin bazada işlənməsi və nəzarəti;
  • Eksklüziv məhsulların kampaniya aktivliyinin aparılması;
  • Onlayn satış və məhsulların saytda aylıq endirimlərinin siyahısının hazırlanması;
  • Əczaçının bonusun qazanması üçün investisiya siyahısının hazırlanması və proqrama işlənməzi üçün təhvil verilməsi.

İş şəraiti:

  • İş yeri: BEGOC Biznes Mərkəzi (Ünvan: Zərifə Əliyeva küç., 93);
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Tibbi siğorta ilə təmin olunma;
  • Əmək haqqı müsahibə əsasında razılaşdırılır.

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly137
  • Monthly140