Zeytun Pharmaceuticals Zeytun Pharmaceuticals
  • 465
Zeytun Pharmaceuticals

Zeytun Pharmaceuticals

Əczaçılıq

Key Account Manager (KAM)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Key Account Manager (KAM)

  • Deadline 10 Yanvar 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşin təsviri:
Key Account Manager şirkətin dərman məhsullarının strateji müştəri seqmentlərinə təqdimatını həyata keçirmək, tərəfdaşlarla etibarlı və uzunmüddətli əlaqələr qurmaq, habelə satış hədəflərinə nail olmaq üçün çalışır. Bu vəzifədə əsas diqqət həkimlər, aptek şəbəkələri və tibbi müəssisələrlə effektiv əməkdaşlıq qurmağa yönəlib.

Əsas vəzifələr:

  • Əsas müştərilər (həkimlər, aptek şəbəkələri, tibbi müəssisələr) ilə peşəkar əlaqələr qurmaq və idarə etmək.
  • Şirkətin dərman məhsullarını tanıtmaq və onların üstünlüklərini təqdim etmək.
  • Tibbi və farmasevtik bazarda yeni trendləri izləmək və məlumatları rəhbərliyə təqdim etmək.
  • Müştərilər üçün təlimlər və təqdimatlar təşkil etmək.
  • Satış göstəricilərini izləmək, müştəri məmnuniyyətini artırmaq üçün strategiyalar təklif etmək.
  • İllik targetlərin planın hazırlamaq və rəhbərliyyə təqdim etmək.

Tələblər:

  • Tibb, farmasevtika, marketinq və ya əlaqəli sahələrdə ali təhsil.
  • Ən azı 2-5 il satış və farmasevtik sahədə təcrübə.
  • Dərman tanıtımı sahəsində iş təcrübəsi arzuolunandır.
  • Güclü danışıqlar və təqdimat bacarıqları.
  • Azərbaycan və rus dillərini sərbəst bilmək (ingilis dili üstünlükdür).
  • MS Office proqramlarını yüksək səviyyədə bilmək.
  • Müştəri yönümlü və yüksək təqdimat bacarığı.

Qeyd olunmuş tələblərə cavab verən şəxlər CV-ni “mövzu” hissədə Key Account Manager (KAM) qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly178
  • Monthly1831