Ümumi tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Farmakoloji baza bilikləri: (Dərman preparatları və onların kateqoriyaları haqqında biliklər bu sahədə mütəxəssis olduğunuzu göstərir);
- Microsoft Office (xüsusilə Excel) proqramında sərbəst hesabat hazırlama bacarığı.
Vəzifə öhdəlikləri:
- Aptek və satış nöqtələrində məhsulların şirkət standartlarına uyğun, maksimal görünən (eye-level) nöqtələrdə yerləşdirilməsi;
- Şirkətin müəyyən etdiyi planoqramlara əsasən rəf düzülüşünü təmin etmək;
- Vitrinlərin vizual cəlbediciliyini və brendin tanınmasını təmin etmək;
- Məhsul qalıqlarının gündəlik monitorinqi, çatışmazlıqların (out-of-stock) qarşısının alınması və sifarişin koordinasiyası;
- Qiymət etiketlərinin, reklam və promo materialların kampaniya tələblərinə uyğun yenilənməsi;
- Məhsulların rəf dövriyyəsinə nəzarət və analitik təkliflərin verilməsi;
- Görülən işlər barədə rəhbərliyə foto-hesabatlar və analitik cədvəllər təqdim etmək.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
- İş qrafiki: 5 günlük iş həftəsi
- Əmək haqqı: 850 AZN
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.