İşin təsviri: Ofis proseslərinin səmərəli idarə olunmasına dəstək göstərməklə yanaşı, komandaya inzibati və əməliyyat dəstəyi verəcək proaktiv və təşəbbüskar Ofis Meneceri axtarılır.
Tələblər:
- Bakalavr dərəcəsi (İqtisadiyyat, Maliyyə, Menecment, Biznesin idarəedilməsi və əlaqəli sahələr);
- Azərbaycan və rus dili biliyi yüksək, ingilis dili biliyi yaxşı səviyyədə ;
- MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
- Güclü ünsiyyət və komandada işləmə bacarığı;
- Yüksək məsuliyyət, operativlik və işlərin planlı şəkildə idarə edilməsi;
- Detallara diqqət və sənədlərlə işləmə qabiliyyəti;
- Oxşar sahələrdə minimum 5 il iş təcrübəsi .
Vəzifə öhdəlikləri:
- Ofis daxilində gündəlik əməliyyatların icrası;
- Daxil olan müraciətlərin qəbulu və həlli;
- Ofis və layihə proseslərinin daha səmərəli təşkili ilə bağlı təkliflərin verilməsi;
- Ofis ləvazimatlarının sifarişini hazırlamaq və inventarın hərəkətini idarə etmək;
- Müştərilər, tərəfdaşlar və təchizatçılarla əlaqələrin qurulması
- Ofis ləvazimatlarının sifarişi və ehtiyatlara nəzarət;
- Görüşlərin, iclasların və səfərlərin təşkili;
- Rəhbərliyin inzibati tapşırıqlarının icrası;
- Daxili prosedur və qaydalara riayət olunmasına nəzarət.
İş şəraiti:
- İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı şəh., Zərifə Əliyeva küç., 93);
- Tibbi sığorta və nahar;
- Peşəkar təlim və inkişaf imkanları;
- Karyera yüksəlişi üçün şəffaf və dəstəkləyici mühit;
Qeyd olunmuş tələblərə cavab verən şəxlər CV-ni “mövzu” hissədə Ofis Meneceri qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.