Satınalma üzrə mütəxəssis

  • Истекает 25 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əmək funksiyası: Daxili Apteklər Departamenti, Eksklyüziv Marketing və Marketing şöbələrinin sifarişinə əsasən  müxtəlif materialların alınması(qida, qeyri-qida)

Tələblər:

  • İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, Təchizat zəncirinin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi;
  • Microsoft Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı;
  • Müqavilə və satınalma sənədləri ilə işləmək bacarığı;
  • Rus dili biliyi – yaxşı səviyyədə;
  • Analitik düşünmə, detallara diqqət və ünsiyyət bacarıqları.
  • Satınalmanın aparılması, Bazarın araşdırılması

Vəzifə öhdəliki:

  • Yerli  təchizatçılarla işgüzar əlaqələrin qurulması və idarə edilməsi;
  • Mal və xidmətlərin satınalma prosesinin təşkili və koordinasiyası;
  • Təchizatçılardan kommersiya təkliflərinin alınması və müqayisəli təhlilinin aparılması;
  • Qiymət, keyfiyyət və çatdırılma şərtlərinin optimallaşdırılması;
  • Müqavilələrin, hesab-fakturaların və təhvil-təslim sənədlərinin hazırlanması və idarə edilməsi;
  • Satınalma prosesləri üzrə müvafiq hesabatların hazırlanması; 

İş şəraiti:

  • İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı, Zərifə Əliyeva küç., 93);
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
  • Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı – 1000-1300 AZN 

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly292
  • Monthly1765