Vəzifə öhdəlikləri:
- Şirkət üzrə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və sənədləşdirilməsi;
- Korporativ Risk Reyestrinin (Risk Register) formalaşdırılması, aparılması və yenilənməsi;
- ISO 9001:2015, ISO 37001, GDP və GVP tələblərinə uyğun risk əsaslı yanaşmanın tətbiqi;
- Daxili və xarici auditlər üzrə risklərin təhlili, CAPA tədbirlərinin monitorinqi;
- Compliance riskləri üzrə rəhbərliyə dövri hesabatların hazırlanması;
- Beynəlxalq tərəfdaşların compliance və risk tələblərinə uyğunluğun dəstəklənməsi.
Tələblər:
- Bakalavr təhsili: Əczaçılıq, tibb (arzuolunandır, lakin məcburi deyil),Hüquq,İqtisadiyyat,Menecment,Biznesin idarə edilməsi,Maliyyə
- Rus və İngilis dili bilikləri vacibdir
- MS office bilikləri vacibdir
- İşçi tərəfindən dil biliklərinin gələcəkdə təkmilləşdirilməsi mütləqdir
Nələri bilməlidir:
- Əczaçılıq sahəsində keyfiyyət idarəetmə sistemi (QMS) və compliance prinsipləri;
- Risklərin idarəedilməsi üzrə əsas anlayışlar və metodlar (risk identification, risk assessment, risk mitigation);
- ISO 9001:2015 standartının risk-əsaslı yanaşma tələbləri;
- ISO 37001 (antikorrupsiya idarəetmə sistemi) üzrə əsas prinsiplər;
- GDP və GVP çərçivəsində uyğunluq və risk anlayışları;
- Daxili və xarici audit prosesləri, uyğunsuzluqlar və CAPA mexanizmləri;
- Risk reyestrinin (Risk Register) hazırlanması və aparılması qaydaları;
- Rəsmi sənədləşmə, hesabatların hazırlanması və məxfi məlumatlarla işləmə qaydaları.
Zəruri şərtlər:
- Analitik düşünmə və risklərin sistemli təhlili bacarığı;
- Normativ sənədlər, daxili prosedurlar və rəsmi yazışmalarla işləmə qabiliyyəti;
- Məxfi və həssas məlumatlarla işləmə etikası və məsuliyyəti;
- Daxili nəzarət, uyğunluq və risk idarəetmə proseslərində iştirak etməyə hazırlıq;
- Komanda daxilində və struktur bölmələri arasında effektiv kommunikasiya bacarığı;
- Daxili və xarici auditlər zamanı əməkdaşlığa açıq olmaq.
İş şəraiti:
- İş yeri: BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı şəh., Zərifə Əliyeva küç., 93);
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
- Karyera yüksəlişi imkanı.
- Əmək haqqı: Namizədin təcrübəsində asılı olaraq müzakirə olunandır.
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.