Dəstək Xidmətləri Departamentinin Əmlakın Qiymətləndirilməsi üzrə Ekspert

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Dəstək Xidmətləri Departamentinin Əmlakın Qiymətləndirilməsi üzrə Ekspert

  • Deadline 15 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifəyə olan tələblər:

  • Maliyyə, iqtisadiyyat, memarlıq, mühəndislik və ya əlaqədar sahələr üzrə ali təhsil;
  • Daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində minimum 5 il iş təcrübəsi (bank və ya qiymətləndirmə şirkətində təcrübə üstünlükdür);
  • Daşınmaz əmlakın qiymətləndirilməsində istifadə olunan müqayisəli, gəlir və xərclər yanaşmaları üzrə biliklər;
  • Tənzimləyici qurumların tələbləri və beynəlxalq qiymətləndirmə standartları haqqında biliklərə üstünlük verilir;
  • Bazar məlumatlarını təhlil etmək və ekspert rəyləri hazırlamaq bacarığı;
  • Qiymətləndirmə hesabatlarında mövcud olan uyğunsuzluqları və səhvləri aşkar etmək bacarığı;
  • Obyektlərə yerində baxış məqsədilə ezamiyyətlərə hazır olmaq.

Əsas vəzifələr:

  • Banka təqdim edilən qiymətləndirmə şirkətlərinin daşınmaz əmlak üzrə qiymətləndirmə hesabatlarının düzgünlüyünü, tamlığını və bankın daxili standartlarına uyğunluğunu yoxlamaq;
  •  Girov qismində təqdim olunan əmlakların bazar və likvid dəyərinin müstəqil təhlilini aparmaq, təminatların satış qabiliyyətini qiymətləndirmək;
  • Obyektlərin faktiki vəziyyətini, texniki parametrlərini və hesabatlarda əks olunan məlumatlara uyğunluğunu yoxlamaq məqsədilə yerində baxışlar həyata keçirmək;
  • Hər bir qiymətləndirmə hesabatı üzrə aşkar edilmiş uyğunsuzluqlar, bazar və likvid dəyərlərlə bağlı ekspert rəyləri və tövsiyələr hazırlamaq;
  • Bankın əməkdaşlıq etdiyi qiymətləndirmə şirkətləri ilə əməkdaşlıq etmək, zəruri hallarda izahatların, düzəlişlərin və əlavə materialların təqdim olunmasını tələb etmək;
  • Daşınmaz əmlak bazarındakı dəyişiklikləri davamlı olaraq monitorinq etmək və daxili məlumat bazasının yenilənməsini təmin etmək;
  • Kredit təminatı üzrə qərarların qəbul edilməsi prosesində kredit analizi və risk-menecment şöbələri ilə sıx əməkdaşlıq etmək;
  • Girovların qiymətləndirilməsi üzrə bankın daxili siyasət və prosedurlarına riayət olunmasını təmin etmək;
  •  Qiymətləndirmə metodologiyalarının və daxili nəzarət mexanizmlərinin hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək;
  • Zərurət yarandıqda, girov qiymətləndirilməsi ilə bağlı audit və yoxlama proseslərində iştirak etmək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Əmlakın Qiymətləndirilməsi üzrə Ekspert ” qeyd edilməsi vacibdir.

  • Daily16
  • Weekly117
  • Monthly1296