Vəzifəyə olan tələblər:
- MS SQL Server verilənlər bazası administrasiyası sahəsində 2-5 il və ya daha çox təcrübənin olması;
- SQL Server-in quraşdırılması, konfiqurasiyası və idarəedilməsi sahəsində təcrübənin olması;
- Analitik Düşünmə: Mürəkkəb problemləri təhlil etmək və optimal həll yolları tapmaq bacarığının olması;
- Komanda ilə işləmək: İT komandası ilə sıx əməkdaşlıq etmək və texniki məsələləri izah etmək bacarığının olması;
- Zaman İdarəetməsi: Çoxsaylı tapşırıqları prioritetləşdirərək yerinə yetirə bacarığının olması.
Əsas vəzifələr:
- SQL Server Bilikləri: MS SQL Server platformasında işləmək üçün dərindən biliklər. SQL dilində sorğular yazmaq, verilənlər bazalarını idarə etmək və optimallaşdırmaq bacarığı;
- T-SQL (Transact-SQL): SQL Server-də işləmək üçün T-SQL dilində effektiv sorğular yazma təcrübəsi;
- Verilənlər Bazası İdarəetmə: SQL Server Management Studio (SSMS), SQL Server Agent və digər idarəetmə alətlərindən istifadə bacarığı;
- Yedəkləmə və Bərpa (Backup & Recovery): Verilənlər bazasının təhlükəsizliyini təmin etmək üçün yedəkləmə və bərpa strategiyalarına uyğun işləmək;
- Performansın Optimallaşdırılması: Verilənlər bazasının performansını izləmək, sorğu optimallaşdırmaq və serverin səmərəliliyini artırmaq;
- High Availability və Disaster Recovery (HA/DR): SQL Server Always On, Log Shipping, Database Mirroring, Replication kimi xüsusiyyətlərdən istifadə təcrübəsi;
- Təhlükəsizlik (Security): Verilənlər bazasında istifadəçi icazələrinin idarə edilməsi, məlumat şifrələməsi və digər təhlükəsizlik tədbirlərinin tətbiqi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını elektron poçt ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “MS SQL Database Administrator” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.