Ziraat Bank Azərbaycan Ziraat Bank Azərbaycan
  • 378

Məhsulların inkişafı və yaradılması üzrə aparıcı mütəxəssis/ baş mütəxəssis

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Məhsulların inkişafı və yaradılması üzrə aparıcı mütəxəssis/ baş mütəxəssis

  • Deadline 24 May 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifəyə olan tələblər:

  • Ali iqtisadi/maliyyə təhsili; 
  • Bank məhsullarının yaradılması və inkişaf etdirilməsi üzrə ən azı 2 il iş təcrübəsi;
  • Kollektivlə işləmə bacarığı;
  • Analitik problemləri təhlil və həll etmək qabiliyyəti;
  • Bazarın öyrənilməsi, təhlili, rəqiblərin mövqelərinin izlənməsi;
  • Türk və ingilis dili biliyi (Rus dil biliyi müsbət qarşılanır);
  • Microsoft Excel (yüksək səviyyədə), 

Əsas vəzifələr: 

  • Bankın məhsulları haqqında istifadəçilərin rəy və təkliflərini öyrənmək məqsədi ilə təhlillərin aparılması;
  • Korporativ və pərakəndə bank məhsullarının beynəlxalq təcrübələrinin öyrənilməsi, təhlili, təqdimatı və razılaşdırıldığı təqdirdə tətbiqi;
  • Bazarda olan bank məhsullarından xəbərdar olub, bazar araşdırmasını həyata keçirmək və bankın mövcud məhsulları ilə müqayisə etmək;
  • Bazar araşdırması nəticəsində yeni məhsul və xidmətlərin inkişaf etdirilməsi üçün işlər görmək;
  • Məhsul keyfiyyətinin yüksəldilməsi üçün sistem inkişaf prosedurlarını gözdən keçirmək, yaxşılaşdırılmasını dəstəkləmək üçün IT, satış  və əməliyyat ilə işləmək;
  • Planlaşdırılmış və mövcud layihələri idarə etmək;
  • Yeni və mövcud məhsullar üzrə təqdimatların hazırlanması, yenilənməsi və bankdaxili təqdimatların keçirilməsi;
  • Yeni məhsul təkliflərini hazırlamaq və istifadəyə vermək;
  • Məhsulun yaradılması proseslərini hazırlamaq və bu prosesi idarə etmək;
  • İnkişaf etdirilən məhsulun hüquqi  qanunlara , yerli və beynəlxalq qaydalara  uyğun olmasını təmin etmək;
  • Müştəri ehtiyaclarını araşdırmaq və məhsulu tələblərə görə formalaşdırmaq;
  • İnkişaf etdirilən məhsulun qiymətləndirilmə və marketinqini həyata keçirmək. 
  • Verilən məlumatlar əsasında məhsulun hədəflərinin yerinə yetirilməsini izləmək;

Göstərilən tələblərə cavab verən namizədlər may ayının 31-nə qədər öz CV formalarını elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Məhsulların yaradılması” qeyd edilməsi vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

  • Günlük0
  • Həftəlik622
  • Aylıq363