Vəzifə öhdəlikləri:
- Mühasibat və vergi uçotunun düzgün aparılması;
- Gəlir və xərclərin, bank, POS-terminal və kassa əməliyyatlarının uçotu;
- Vergi və digər məcburi ödənişlərin hesablanması, hesabatların vaxtında təqdim edilməsi;
- Əməkdaşların işə qəbul, əmək müqaviləsi, dəyişiklik və xitam proseslərinin rəsmiləşdirilməsində iştirak;
- Əməkdaşların iş günləri, davamiyyət, məzuniyyət və iş vaxtının uçotunun aparılması;
- Aylıq əməkhaqqının, məzuniyyət və digər müvafiq ödənişlərin hesablanması;
- Əməkhaqqı üzrə vergi və sığorta öhdəliklərinin hesablanması;
- Elektron qaimə, müqavilə, akt və digər maliyyə sənədlərinin hazırlanması və sistemləşdirilməsi;
- Aylıq maliyyə və əməkhaqqı hesabatlarının rəhbərliyə təqdim edilməsi.
Tələblər:
- Xanım namizəd (yaş həddi: 23-40)
- Müvafiq sahədə iş təcrübəsi, 1C, ƏMAS, e-taxes və digər elektron sistemlərlə işləmək bacarığı, əmək və vergi qanunvericiliyi üzrə bilik, yüksək dəqiqlik və məsuliyyət.
İş şəraiti
- İş qrafiki: Həftənin 6 günü
- Saat 14:00 – 21:00
- Həftə ərzində 1 istirahət günü
- Əmək haqqı: Müsabiqə əsasında təyin olunacaq
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.