Zümrüd İdman Mərkəzi – Qadınlar və Uşaqlar Üçün İdman Bölməsi
Zümrüd İdman Mərkəzinə gülərüz, məsuliyyətli və nizam-intizamlı qeydiyyatçı xanım tələb olunur. Əgər siz də sağlam həyat tərzini sevən və ünsiyyətcil birisinizsə, komandamıza qoşulmağa dəvət edirik!
Tələblər:
- Xanım namizədlər
- Yaş həddi: 20–30
- Ali və ya orta ixtisas təhsili
- Səlis azərbaycan və rus dili
- MS Office proqramlarında işləmə bacarığı
- Yaxşı ünsiyyət və müştəri ilə işləmə bacarığı
- Məsuliyyətli və nizam-intizamlı olmaq
- Gülərüz və enerjili davranış
- Peşəkar yazı qabiliyyəti
Vəzifələr:
- Gələn qonaqları qarşılayıb məlumatlandırmaq
- Qeydiyyat və abunəlik proseslərini icra etmək
- Telefon zənglərini cavablandırmaq və yönləndirmək
- Gündəlik sənədləşmə işlərini aparmaq
- Mərkəzin qayda və prosedurlarına uyğun xidmət göstərmək
İş qrafiki:
- Tam iş günü (dəqiq saatlar müsahibə zamanı bildiriləcək)
- Həftə ərzində 1 istirahət günü
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Məktubun mövzu hissəsində “Receptionist" qeyd edilsin.