İstehsalat və əməliyyatlar üzrə mütəxəssis

  • Истекает 6 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Qalacıq Şərab komandası üçün gündəlik əməliyyatların, istehsalat və təsərrüfat proseslərinin düzgün təşkilini və koordinasiyasını təmin edəcək Operations Manager axtarırıq.

 

Vəzifə öhdəlikləri

 

●      Müəssisənin gündəlik əməliyyat və iş proseslərinin təşkilində iştirak etmək;

●      İstehsalat və təsərrüfat işlərinin müəyyən edilmiş qrafikə uyğun icrasını koordinasiya etmək;

●      Əməkdaşlar arasında iş bölgüsünün və tapşırıqların icrasının izlənilməsinə dəstək olmaq;

●      Təchizat, anbar və logistika proseslərinin koordinasiyasını həyata keçirmək;

●      Xammal, material və hazır məhsul ehtiyatlarının uçotuna və hərəkətinə nəzarət etmək;

●      Gündəlik iş proseslərində yaranan problemləri müəyyən etmək və həlli istiqamətində tədbirlər görmək;

●      Daxili iş qaydalarının və əməliyyat prosedurlarının tətbiqinə nəzarət etmək;

●      Əməliyyat prosesləri üzrə məlumatların toplanması və hesabatların hazırlanmasını təmin etmək;

 

Namizədə tələblər

 

●      Ali təhsil (Biznesin idarə olunması, Menecment, İqtisadiyyat və ya müvafiq sahələr üzrə);

●      Əməliyyatların idarə olunması, logistika və ya istehsalat sahəsində minimum 1–2 il iş təcrübəsi;

●      İş proseslərinin planlaşdırılması və koordinasiyası bacarığı;

●      Təşkilatçılıq və operativ qərarvermə bacarıqları;

●      Analitik düşünmə və problem həll etmə bacarığı;

●      Rus və ingilis dilini bilmək üstünlükdür

 

İş şəraiti

 

●      İş yeri: Qalacıq, İsmayıllı

●      Rəsmi əmək müqaviləsi;

●      Əməkhaqqı namizədin təcrübə və bacarıqlarına uyğun müəyyən edilir;

 

Müraciət qaydası

 

CV-lərinizi [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily6
  • Weekly571
  • Monthly572