Çap operatoru / Qrafik dizayner

  • Deadline 19 İyun 2026

“Asel Print” şirkəti Çap operatoru / Qrafik dizayner vakansiyası elan edir.

İş şəraiti:

  • Ünvan: 3/7 Məmməd Əfəndiyev küç., Bakı, AZ1001
  • İş qrafiki: I-V günlər 09:00 – 19:00, VI gün 09:00-16:00
  • Əmək haqqı: 700 – 1000 AZN (bilik və bacarıqlardan aslı olaraq)

Vəzifə öhdəlikləri:

  • Müasir genişformatlı və rəqəmsal çap aparatlarını idarə etmək
  • İşin gedişatına nəzarət etmək və sifarişlərin vaxtında hazır olmasını təmin etmək
  • Hazır məhsulların keyfiyyətini və görünüşünü yoxlamaq
  • Gündəlik tapşırıqları sürətli, dəqiq və məsuliyyətlə yerinə yetirmək
  • Corel Draw proqramında dizayn və maket işlərini görmək

Tələblər:

  • Corel Draw proqramı ilə işləmə bacarığı
  • Poliqrafiya, çap və ya reklam istehsalatı sahəsində iş təcrübəsi
  • Çap avadanlıqları və müvafiq avadanlıqlarla sərbəst işləmək bacarığı
  • Detallara qarşı diqqətli, nizam-intizamlı və daxili qaydalara sadiq olmaq
  • Dinamik iş mühitində çevik qərarlar vermək və operativ hərəkət etmək bacarığı
  • Tapşırılan işə qarşı ciddi və peşəkar yanaşma
  • Müştərilərlə kommunikasiya bacarığı 

Üstünlük veriləcək:

  • Reklam və çap işlərində təcrübəsi olan şəxslərə
  • Genişformatlı və rəqəmsal çap aparatları ilə işləyə bilənlərə

Şirkət tərəfindən təklif olunur:

  • Stabil iş mühiti
  • Peşəkar komanda ilə birgə işləmək şansı
  • Karyera inkişafı perspektivi
  • Uzunmüddətli və davamlı birlikdə çalışmaq fürsəti

Bu tələblərə uyğun gələn namizədlərdən mövzu hissəsinə “Çap operatoru / Qrafik dizayner” yazmaqla öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur.

  • Daily112
  • Weekly417
  • Monthly1801