Vəzifənin məqsədi:
Şirkətdə tətbiq olunan ERP platforması üzərində HR modulunun funksional idarə olunması, proseslərin optimallaşdırılması və məlumat keyfiyyətinin təmin edilməsi.
Əsas vəzifələr:
- ERP sisteminin HR modulu üzrə struktur və parametrlərin qurulması və idarə olunması
- Təşkilati struktur, ştat vahidləri və əməkdaş məlumatlarının ERP üzərindən düzgün idarə olunması
- Kadr hərəkətləri, məzuniyyət, davamiyyət və digər HR əməliyyatlarının ERP üzərindən icrasına nəzarət
- ERP sistemində HR proses axınlarının (workflow) optimallaşdırılması
- Yeni funksionallıqların konfiqurasiyası və test mərhələsində iştirak (UAT)
- ERP sistemindən analitik və idarəetmə hesabatlarının hazırlanması
- Data düzgünlüyünün monitorinqi və sistem uyğunsuzluqlarının aradan qaldırılması
- HR və İT komandası ilə birlikdə sistem təkmilləşdirmə layihələrində iştirak
Tələblər:
- Ali təhsil (İT, İnformasiya sistemləri, HR, Maliyyə və ya əlaqəli sahə)
- ERP sistemləri ilə minimum 2–3 il iş təcrübəsi
- ERP platformasında HR modulu üzrə praktiki iş təcrübəsi
- ERP sistemində proses axınları (workflow) və konfiqurasiya məntiqi barədə bilik
- Sistem üzərindən hesabatların hazırlanması və data analizi bacarığı
- Excel proqramında yüksək səviyyə (pivot, mürəkkəb formullar və s.)
- Analitik düşüncə və detallara diqqət
- Komanda ilə işləmə və funksional kommunikasiya bacarığı
Üstünlük hesab olunur:
- ERP tətbiqi, miqrasiya və ya optimallaşdırma layihələrində iştirak
- HR data modeli və məlumat bazası strukturu barədə anlayış
- Sorğu (query) məntiqi və ya SQL bilikləri
- UAT və sistem test proseslərində iştirak təcrübəsi
Əlavə məlumat:
- İş qrafiki: 5/2, 09:30-18:30 ;
- Nahar şirkət tərəfindən təmin edilir
- Əmək Haqqı: 1000 -1500AZN
- İş yeri-Çıraq plaza
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “HR üzrə ERP mütəxəssisi” yazaraq Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərə bilərlər.