Sahə mühəndisi

  • Deadline 7 Noyabr 2026

Vəzifə öhdəlikləri

  • Layihə sənədlərini, o cümlədən baş plan, kəsiklər, detallar və işçi çertyojları oxumaq və tikinti işlərinin layihə tələblərinə uyğun icrasına nəzarət etmək;
  • Tikinti sahəsində torpaq işlərinin və vertikal planlaşdırmanın icrasını təşkil və nəzarət etmək: qazma-doldurma, qruntun döyəclənməsi, kotlovan və xəndək işləri;
  • Yol və səki örtüklərinin tikintisinə nəzarət etmək: təməl qatlarının (şeben-qum qarışığı, karbonat və s.) hazırlanması, asfaltbeton və beton tavacıq örtüklərinin döşənməsi, bordyurların quraşdırılması;
  • Beton və dəmir-beton işlərinin icrasına nəzarət etmək: qəlib, armatur və betonlama işlərinin layihə və texniki tələblərə uyğun yerinə yetirilməsini təmin etmək;
  • Beton işlərinin keyfiyyətinə, istifadə olunan materialların texniki tələblərə uyğunluğuna və işlərin düzgün texnologiya ilə aparılmasına nəzarət etmək;
  • Mühəndis şəbəkələrinin, o cümlədən su, kanalizasiya, kabel xətləri və kommunikasiya qalereyalarının tikintisinə nəzarət etmək;
  • Su anbarlarının və digər yeraltı/yerüstü mühəndis qurğularının tikinti işlərinin layihəyə uyğun icrasını təmin etmək;
  • Geodeziya ölçmələrini həyata keçirmək, nivelir, teodolit və total station kimi ölçü alətlərindən istifadə etmək;
  • Geodeziya ölçmə nəticələrini layihə göstəriciləri ilə müqayisə etmək, kənarlaşmaları müəyyənləşdirmək və zəruri hallarda aidiyyəti şəxslərlə koordinasiya etmək;
  • Subpodratçıların, ustaların və sahə işçilərinin fəaliyyətini koordinasiya etmək, görülən işlərin keyfiyyətinə və layihə qrafikinə uyğunluğuna nəzarət etmək;
  • Görülmüş işlərin həcmlərini yoxlamaq, faktiki icra ilə layihə və iş həcmlərini müqayisə etmək;
  • Gündəlik və həftəlik görülən işlər üzrə icra hesabatları hazırlamaq və layihə rəhbərliyinə təqdim etmək;
  • Gizli işlər aktlarının və digər icra sənədlərinin hazırlanması üçün texniki ofislə koordinasiyalı işləmək;
  • Tikinti norma və qaydalarına, texniki standartlara, layihə tələblərinə və keyfiyyət prosedurlarına riayət olunmasına nəzarət etmək;
  • Sahədə yaranan texniki məsələləri operativ şəkildə müəyyən etmək və onların həlli üçün layihə rəhbərliyi və aidiyyəti struktur bölmələri ilə əməkdaşlıq etmək;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək;
  • Layihənin vaxtında, keyfiyyətli və texniki tələblərə uyğun tamamlanması üçün digər struktur bölmələri və subpodratçılarla sıx əməkdaşlıq etmək.

Tələblər

  • İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
  • Sahə mühəndisi vəzifəsində, xüsusilə yol, torpaq işləri, beton/dəmir-beton və mühəndis şəbəkələri üzrə iş təcrübəsi;
  • Layihə sənədlərini, baş planı, kəsikləri və texniki detalları oxuma bacarığı;
  • Torpaq, yol, beton və dəmir-beton işlərinin icra texnologiyası üzrə praktiki bilik;
  • Mühəndis şəbəkələrinin tikintisi üzrə anlayış və sahə təcrübəsi;
  • Nivelir, teodolit və total station kimi geodeziya alətləri ilə işləmək bacarığı;
  • Tikinti norma və standartları barədə bilik;
  • Görülmüş işlərin həcmlərinin yoxlanılması və icra sənədlərinin hazırlanması üzrə anlayış;
  • AutoCAD proqramında çertyojları oxuma bacarığı;
  • MS Excel və MS Word proqramlarında işləmək bacarığı;
  • Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;
  • Komandada işləmək və sahədə müxtəlif tərəflərlə effektiv ünsiyyət qurmaq bacarığı

İş şəraiti

  • Rəsmi əmək müqaviləsi;
  • Peşəkar inkişaf və iri tikinti layihələrində iştirak imkanı;
  • Rəqabətqabiliyyətli əməkhaqqı (müsahibə əsasında müəyyən ediləcək);
  • İş qrafiki: Tam iş günü;
  • İş yeri: Bakı şəhəri.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily27
  • Weekly388
  • Monthly639