Yeni fəaliyyətə başlamış Sahibkarların İnformasiya Mərkəzinə biznes xəbərlərinin hazırlanması və idarə olunması üzrə Kontent Mütəxəssisi axtarılır.
İş barədə məlumat:
- Biznes, iqtisadiyyat və sahibkarlıq sahələri üzrə gündəlik xəbərlərin hazırlanması və paylaşılması
- Xəbər mətnlərinin redaktəsi və kontent axınının koordinasiya olunması
- Dövlət qurumları, özəl şirkətlər və sahibkarlarla bağlı məlumatların araşdırılması
- Saytda xəbərlərin operativ və düzgün şəkildə yerləşdirilməsi
- Biznes gündəminin davamlı izlənilməsi və aktual mövzuların müəyyən edilməsi
- Aidiyyəti şəxslərlə kommunikasiya və informasiya mübadiləsinin aparılması
- İş qrafiki: 5 günlük iş rejimi
- Əmək haqqı: 1200 – 1500 AZN
- Ünvan: Cəlil Məmmədquluzadə 102A, City Point Biznes Mərkəzi
Namizədə dair tələblər:
- Xanım namizədlər
- Yaş həddi: 23 – 40 yaş
- Media, xəbər portalı və ya biznes mühitində 1-3 il iş təcrübəsi
- Xəbərlərlə işləmək, məlumat toplamaq və mətn hazırlamaq bacarığı
- Biznes, maliyyə və iqtisadiyyat sahələri üzrə ümumi biliklər
- Azərbaycan Respublikasının qanunvericiliyi üzrə baza bilikləri
- Azərbaycan dilində yüksək yazılı ünsiyyət bacarığı
- Operativ, məsuliyyətli və analitik düşüncə qabiliyyəti
- Araşdırma aparmaq və informasiyanı düzgün təqdim etmək bacarığı
- MS Office proqramlarında işləmək bacarığı
Şəkilli "CV"-nizi mövzu yerinə "Biznes xəbərləri üzrə Kontent Mütəxəssisi" yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.