Biznes xəbərləri üzrə Kontent Mütəxəssisi

  • Истекает 7 июнь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Yeni fəaliyyətə başlamış Sahibkarların İnformasiya Mərkəzinə biznes xəbərlərinin hazırlanması və idarə olunması üzrə Kontent Mütəxəssisi axtarılır.

İş barədə məlumat:

  • Biznes, iqtisadiyyat və sahibkarlıq sahələri üzrə gündəlik xəbərlərin hazırlanması və paylaşılması
  • Xəbər mətnlərinin redaktəsi və kontent axınının koordinasiya olunması
  • Dövlət qurumları, özəl şirkətlər və sahibkarlarla bağlı məlumatların araşdırılması
  • Saytda xəbərlərin operativ və düzgün şəkildə yerləşdirilməsi
  • Biznes gündəminin davamlı izlənilməsi və aktual mövzuların müəyyən edilməsi
  • Aidiyyəti şəxslərlə kommunikasiya və informasiya mübadiləsinin aparılması
  • İş qrafiki: 5 günlük iş rejimi
  • Əmək haqqı: 1200 – 1500 AZN
  • Ünvan: Cəlil Məmmədquluzadə 102A, City Point Biznes Mərkəzi

Namizədə dair tələblər:

  • Xanım namizədlər
  • Yaş həddi: 23 – 40 yaş
  • Media, xəbər portalı və ya biznes mühitində 1-3 il iş təcrübəsi
  • Xəbərlərlə işləmək, məlumat toplamaq və mətn hazırlamaq bacarığı
  • Biznes, maliyyə və iqtisadiyyat sahələri üzrə ümumi biliklər
  • Azərbaycan Respublikasının qanunvericiliyi üzrə baza bilikləri
  • Azərbaycan dilində yüksək yazılı ünsiyyət bacarığı
  • Operativ, məsuliyyətli və analitik düşüncə qabiliyyəti
  • Araşdırma aparmaq və informasiyanı düzgün təqdim etmək bacarığı
  • MS Office proqramlarında işləmək bacarığı

Şəkilli "CV"-nizi mövzu yerinə "Biznes xəbərləri üzrə Kontent Mütəxəssisi" yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily7
  • Weekly657
  • Monthly790