Vəzifənin əsas məqsədi:
İşçi təcrübəsinin yüksəldilməsi və İR strukturunun daxili bölmələri üzrə əsas funksiyaların effektiv qurulmasına dəstək olmaq, bu funksiyaların rəqəmsallaşdırılması üçün müvafiq alətlərin tətbiqini həyata keçirmək və avtomatlaşdırma imkanlarını inkişaf etdirmək.
- İR komandalarının daxili proseslərini və əməkdaş təcrübəsini analiz etmək və optimallaşdırmaq.
- İR layihələrinin planlaşdırılması, icrası və izlənməsi üçün sadə idarəetmə sistemləri qurmaq.
- Əməkdaşlar üçün daxili kommunikasiya platformalarının (intranet, daxili sosial şəbəkələr və s.) idarə olunması və məzmunun davamlı yenilənməsi.
- Qrafik alətlər (Adobe, Figma və s.) vasitəsilə təqdimat və kommunikasiya materiallarının hazırlanmasına dəstək vermək.
- No-code texnologiyaları (Airtable, Zapier), rəqəmsal koloborasiya alətləri (Notion, Trello, Viva Engage) və daxili platformalar üzərindən effektiv İR həlləri hazırlamaq.
- Yeni təşəbbüs və layihələrin EX (işçi təcrübəsi) baxımından uyğunluğunu qiymətləndirmək və işçi yönümlü yanaşma təmin etmək.
- Dəyişikliklərin tətbiqi zamanı komanda üzvlərinə dəstək olmaq və uyğun təlimləri təşkil etmək.
Tələblər
- Ali təhsil (İnsan Resursları, Biznes, İT, Media-Kommunikasiya, Dizayn və ya əlaqəli sahələr).
- HR texnologiyaları və işçi təcrübəsi üzrə anlayış və praktik yanaşma.
- No-code texnologiyalar, rəqəmsal koloborasiya alətləri sistemləri ilə işləmə bacarığı.
- UI/UX dizayn prinsipləri üzrə əsas biliklər və tətbiqetmə qabiliyyəti.
- Layihə idarəetməsi üzrə bacarıqlar və çevik iş metodlarına uyğunlaşma.
- Qrafik dizayn və vizual kommunikasiya alətləri ilə təcrübə.
- Azərbaycan və ingilis dilində əla səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı.
Vakansiya haqqında
- Vakansiya növü -Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.