Baku Holiday Travel şirkəti “Müştəri xidmətləri üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.
Turizm sahəsində inkişaf edən komandamıza qoşulmaq üçün təcrübəli və motivasiyalı Müştəri xidmətləri üzrə mütəxəssis axtarırıq.
Namizədə tələblər
- Azərbaycan, Rus və İngilis dillərini yüksək səviyyədə bilmək;
- Sahə üzrə ən az 1 il iş təcrübəsi;
- Mükəmməl ünsiyyət və müştəri xidməti bacarıqları;
- Problem həll etmə bacarığı;
- Komanda ilə işləmək bacarığı və müstəqil olaraq tapşırıqları yerinə yetirmək bacarığı;
- Məlumatların dəqiq və vaxtında emal olunması bacarığı;
Vəzifə öhdəlikləri
- Müştəri xidmətlərinə gələn zənglərin cavablandırılması və sosial şəbəkələrdə olan
- sorğuların idarə olunması;
- Şirkətin rəsmi vebsaytından gələn rezervasiya müraciətlərinə dəstək və yönləndirmə
- edilməsi;
- Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması;
- Müxtəlif sorğuların keçirilməsində iştirak edilməsi;
- Daxil olan zəngləri danışıq skriptlərinə uyğun şəkildə cavablandırılması;
- Müştərilərə məhsul və xidmətlər, eləcə də mövcud kampaniyalar haqqında düzgün və
- dolğun məlumat verilməsi.;
- Məhsul və xidmətlərlə bağlı mütəxəssis dəstəyinə ehtiyac olduqda müştərilərin müvafiq
- qaydada yönləndirilməsi.
İş şəraiti
- İş qrafiki: Həftədə 5 iş günü + şənbə qısa və növbəli gün;
- İş saatı: 09:00 - 18:00; 10:00 - 19:00
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq;
- Peşəkar və inkişaf yönümlü iş mühiti;
- Turizm sahəsində karyera inkişaf imkanı.
Tələblərə uyğun namizədlər mövzu hissəsində “Müştəri xidmətləri üzrə mütəxəssis” qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər:
Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.