Bloom Group – Bloom Advisory, Bloom Events və Bloom Learning adlı üç dairədən ibarət hərtərəfli marketinq agentliyidir.
Bloom Advisory-də biz brendin inkişafı, marketinq və PR xidmətləri təqdim edirik. Brendin inkişafı xidmətlərinin bir hissəsi olaraq biz bazar araşdırması aparır, unikal brend identikliyi yaradır, biznes planlar və marketinq strategiyaları hazırlayırıq. Rəqəmsal və ənənəvi marketinq xidmətlərimizə brendlərin bütün mövcud kommunikasiya kanalları üzrə təşviqi, həmçinin marketinq strategiyalarının və kampaniyalarının həyata keçirilməsi daxildir. PR xidmətlərinin bir hissəsi kimi biz brend, ictimaiyyət və əsas maraqlı tərəflər arasında müsbət əlaqələr qururuq.
Bloom Events-də biz hər növ biznes tədbirləri "açar təslim"i prinsipi əsasında təşkil edirik. Konsepsiyanın hazırlanmasından həyata keçirilməsinə qədər istənilən ölçüdə və miqyasda yaddaqalan tədbirləri təşkil etməyi hədəfləyirik.
Bloom Learning-də biz sorğu üzrə müxtəlif mövzularda təlim proqramları hazırlayır, kouçinq və fasilitasiya xidmətləri təqdim edirik.
Bloom Group Senior Marketing Manager