Hüquqşünas

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Hüquqşünas

  • Deadline 23 Fevral 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Korporativ hüquq üzrə – Konsalting şirkəti

Biz yalnız sənəd tərtib edən deyil, müştərinin biznesinə real hüquqi dəyər qatan hüquqşünas axtarırıq. Əgər korporativ hüquqda sistemli düşünür, müxtəlif sahələr üzrə müştərilərlə işləməkdən zövq alırsansa – bu vakansiya sənin üçündür.

Əsas vəzifələr:

  • Müxtəlif sahələr üzrə müqavilə formalarının hazırlanması, təhlili və hüquqi ekspertizasının aparılması;
  • Azərbaycan Respublikasında yerli və xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin yaradılması, qeydiyyat prosesinin tam icrası;
  • Hüquqi şəxslərin, eləcə də xarici şirkətlərin filial və nümayəndəliklərinin ləğv edilməsi, reyestrdən çıxarılması və prosesin hüquqi müşayiəti;
  • Sahibkarlıq fəaliyyəti ilə bağlı lisenziya və icazələrin alınması, müvafiq sənədlərin hazırlanması və dövlət qurumları ilə iş;
  • Əmtəə nişanlarının qeydiyyatı və hüquqi müşayiəti;
  • Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslər üçün iş icazələri və müvəqqəti yaşama icazələrinin alınması;
  • Hüquqi məsələlərlə bağlı rəsmi məktubların, ərizə və şikayətlərin hazırlanması, dövlət və özəl qurumlarla yazışmaların aparılması;
  • (Baş hüquqşünas üçün) gənc hüquqşünaslara metodiki dəstək və iş prosesinin koordinasiyası.

Tələblər:

  • Hüquq sahəsi üzrə ali təhsil;
  • Korporativ hüquq sahəsində minimum 3 il praktik iş təcrübəsi
    (baş hüquqşünas vəzifəsi üçün 5+ il üstünlükdür);
  • Rus və ingilis dillərində işgüzar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Analitik düşüncə, məsuliyyət və müştəriyönümlü yanaşma;
  • Konsalting mühitində işləmək və müxtəlif biznes sahələrini tanımaq istəyi.

Biz nə təklif edirik:

  • Stabil və peşəkar konsalting komandası;
  • Müxtəlif sahələr üzrə müştərilərlə işləməklə təcrübənin real şəkildə artması;
  • Hüquqşünas kimi yalnız icraçı deyil, məsləhətçi rolunda inkişaf imkanı;
  • Əmək haqqı – qarşılıqlı razılaşma əsasında, namizədin təcrübə və bacarıqlarına uyğun;
  • Uzunmüddətli əməkdaşlıq və karyera perspektivi.

Qeyd: Əgər korporativ hüquqda dərinləşmək, “şablon iş” yox, real hüquqi problemlərin həlli ilə məşğul olmaq istəyirsənsə – səni komandamızda görməkdən məmnun olarıq.

Vakansiya ilə maraqlanan şəxslərdən  CV–lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə göndərmələri xahiş olunur. 

  • Daily19
  • Weekly504
  • Monthly1936