İş barədə məlumat
- Buta Park MMC tikinti, mühəndis sistemləri (MEP), təmir və yenidənqurma sahəsində kompleks xidmətlər göstərən şirkətdir.
- Şirkətimiz yaşayış, kommersiya, sənaye və inzibati obyektlər üzrə tikinti-quraşdırma, əsaslı və cari təmir, fit-out və interyer, rekonstruksiya, eləcə də MEP – mexaniki, elektrik və santexnika sistemlərinin icrasını həyata keçirir.
- Fəaliyyətimizin genişlənməsi ilə əlaqədar komandamıza Satınalma və Tender üzrə Mütəxəssis axtarırıq.
- Namizədin əsas vəzifəsi şirkətin iştirak etdiyi tikinti, təmir, fit-out və MEP tenderlərinin hazırlanması, layihə sənədlərinin və BOQ-ların təhlili, bazar qiymətlərinin araşdırılması, təchizatçı və subpodratçılardan kommersiya təkliflərinin alınması və layihə üzrə rəqabətqabiliyyətli qiymət təklifinin formalaşdırılması olacaq.
- Buta Park MMC – keyfiyyət, etibarlılıq və peşəkar yanaşma.
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 7
- İş təcrübəsi: 5 ildən çox
- Əməkhaqqı: 1000–1500 AZN
- İş qrafiki: Bazar ertəsi–Cümə 09:00–18:00, Şənbə 10:00–13:00
Əsas vəzifələr
- Dövlət və kommersiya tenderlərinin izlənilməsi;
- Tikinti, təmir və MEP sahəsində elan olunan tenderlərin araşdırılması və uyğun tenderlərin müəyyən edilməsi;
- Tender sənədlərinin, texniki şərtlərin, layihələrin və BOQ-ların təhlil edilməsi;
- Tender tələblərinə uyğun texniki və kommersiya sənədlərinin hazırlanması;
- BOQ üzrə material, avadanlıq və işçilik qiymətlərinin araşdırılması;
- Layihələr üzrə ilkin cost estimation / qiymət hesablamalarının hazırlanması;
- Yerli və xarici təchizatçılardan qiymət təkliflərinin alınması və müqayisə edilməsi;
- Subpodratçıların müəyyən edilməsi və onlardan kommersiya təkliflərinin alınması;
- Material və avadanlıqlar üzrə alternativ marka və texniki həllərin araşdırılması;
- Təchizatçı və subpodratçılarla qiymət və kommersiya şərtləri üzrə danışıqların aparılması;
- Tender üçün yekun qiymət cədvəllərinin və kommersiya təkliflərinin hazırlanması;
- Tender sənədlərinin tələb olunan formatda və vaxtında təqdim edilməsinin təmin edilməsi;
- Qazanılmış layihələr üzrə satınalma prosesinin təşkil edilməsi və sifarişlərin izlənilməsi;
- Layihə rəhbərləri, mühəndislər, smetaçı və maliyyə komandası ilə koordinasiyalı işləmək.
Tələblər
- Yaş: 25–60
- Təhsil: Ali
- Tender və satınalma sahəsində 5+ il iş təcrübəsi;
- Tikinti, MEP, zəif cərəyan və IT sahələri üzrə texniki anlayış;
- BOQ, smeta və texniki spesifikasiyalarla işləmə bacarığı;
- Excel və Word proqramlarını yaxşı bilmək;
- Analitik düşüncə və yüksək məsuliyyət;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət;
- Rus və ingilis dili biliyi üstünlükdür.
Üstünlük veriləcək namizədlər
- Tikinti şirkətlərində Tender Engineer, Procurement Specialist, Estimation Engineer, Tender Specialist və ya Quantity Surveyor kimi çalışmış, tikinti və MEP layihələrində real qiymətləndirmə və satınalma təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
- Bizə sadəcə tender sənədlərini hazırlayan əməkdaş deyil, layihəni texniki və kommersiya baxımından analiz edə bilən, bazardan doğru qiymətləri toplayaraq rəqabətqabiliyyətli təklif formalaşdıra bilən mütəxəssis lazımdır.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.