Komandamızda bu fəlsəfəni paylaşan peşəkar axtarırıq.
Vəzifə öhdəlikləri:
- Instagram və Facebook reklam kampaniyalarından CRM sisteminə daxil olan müştəri sorğularını operativ şəkildə emal etmək
- Potensial müştərilərlə peşəkar və nəzakətli ünsiyyət qurmaq, ehtiyaclarını dəqiqləşdirmək
- Müştərini Ağ Şəhərdəki şourumumuza randevu əsasında dəvət etmək və görüşü təşkil etmək
- Şourumda müştərini qarşılayaraq satış prosesini aparmaq
- CRM sistemində bütün ünsiyyət tarixçəsini, statusları və qeydləri vaxtında aparmaq
- Aylıq KPI göstəricilərinə (zəng sayı, randevu sayı, konversiya, satış) nail olmaq
Tələblər:
- Azərbaycan və rus dillərində səlis ünsiyyət (ingilis dili üstünlükdür)
- Xoş, inamlı və aydın səs tembri
- Müştəri xidmətləri / satış sahəsində ən azı 1 il təcrübə
- Nəticəyə yönəlmiş, intizamlı və məsuliyyətli iş yanaşması
Üstünlüklər:
- CRM sistemləri ilə işləmə bacarığı
- Premium seqment müştərilərlə işləmə təcrübəsi
- İnteryer, dizayn və ya mebel sahəsində bilik
Biz təklif edirik:
- Əmək haqqı: müsahibə əsasında müəyyən olunur (sabit + bonus sistemi)
- Bakının ən prestijli ofis məkanlarından birində (Ağ Şəhər) iş şəraiti
- Beynəlxalq səviyyəli İtalyan brendləri ilə birbaşa işləmək təcrübəsi
- Şourumda mütəmadi olaraq keçirilən mühüm tədbirlər və təqdimatlar zamanı biznes elitası, dizaynerlər və yüksək çevrə ilə tanışlıq imkanı
- Daxili təlimlər və peşəkar inkişaf imkanı
- Mehriban və peşəkar komanda
İş haqqında məlumat:
- Şirkət: Casa D'Arte – Bakıda eksklüziv İtalyan interyer şourumu
- Ünvan: Raffle Tower, Ağ Şəhər, Bakı
- İş günləri: Bazar ertəsi – Cümə (1-ci və 5-ci günlər)
- İş saatları: 11:00 – 19:00
CV-nizi "Müştəri Əlaqələri Mütəxəssisi" mövzusu ilə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərin.
Əlaqə: +994 50 203 25 22