Mexanik işlər mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mexanik işlər mühəndisi

  • Deadline 10 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

CCN Holding 2007-ci ildən etibarən səhiyyə, tikinti, yaxtaçılıq, texnologiya, təhsil və turizm sahələrində fəaliyyət göstərən, 3 ölkədə 10 minə yaxın əməkdaşı olan şirkətlər qrupudur. Qrup şirkətlərimizdən biri olan CCN İnşaatın Azərbaycandakı Olive Bay layihəsi üçün peşəkar və məsuliyyətli Mexanik İşlər Mühəndisi axtarırıq.

İşin təsviri:

  • Layihənin əsas iş proqramına uyğun olaraq mexaniki işlərin sahədə icrasını izləmək və koordinasiya etmək;
  • Subpodratçılar tərəfindən tamamlanmış mexaniki işləri yoxlamaq, keyfiyyətə nəzarət qeydlərini hazırlamaq və QA/QC bölməsinə təqdim etmək;
  • Haqq-hesab sənədlərinə əsas olan metraj, ataşman, material hesablamaları və detallı iş proqramlarını yoxlamaq və izləmək;
  • Mexaniki işlərin şirkətin keyfiyyət tələblərinə, əməyin mühafizəsi qaydalarına və qüvvədə olan qanunvericiliyə uyğun aparılmasına nəzarət etmək;
  • Gündəlik sahə işləri üçün tələb olunan avadanlıq və material ehtiyaclarını müəyyən etmək, təminat prosesini izləmək;
  • İcra zamanı yaranan texniki problemləri araşdırmaq, həll təklifləri vermək və zəruri texniki yoxlamaları aparmaq;
  • Əməyin mühafizəsi təlimatlarına riayət etmək və məsul olduğu əməkdaşların bu qaydalara uyğun işləməsini təmin etmək.

Vəzifə üzrə tələblər:

  • Universitetlərin Maşınqayırma Mühəndisliyi ixtisası üzrə ali təhsil;
  • Tikinti sektorunda ən azı 3 il, ümumilikdə isə ən azı 5 il iş təcrübəsi;
  • Mexaniki sistemlər, mexaniki qurğuların quraşdırılması və sahə tətbiqləri barədə bilik;
  • Texniki layihələri, çertyojları və mexaniki sistem detallarını oxumaq və qiymətləndirmək bacarığı;
  • Smeta və iş həcmlərinin hesablanması,və haqq-hesab prosesləri barədə məlumatlı olmaq;
  • MS Office, AutoCAD və oxşar texniki proqramlardan istifadə bacarığı;
  • Layihə hesabatları və texniki sənədləşmə, həmçinin mexaniki sistemlərə aid texniki spesifikasiyalar, standartlar və qaydalar barədə bilik;
  • İngilis dili biliyinin orta səviyyədə olması;
  • Analitik düşünmə, problem həll etmə, komandada işləmə və effektiv ünsiyyət bacarıqları.

İş yeri: Zağulba, Bakı

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mexanik İşlər Mühəndisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily55
  • Weekly387
  • Monthly1806