Komandamız genişlənir! Müxtəlif korporativ müştərilərin inşaat, texniki və təsərrüfat malları üzrə təchizatını həyata keçirən şirkətimizə məsuliyyətli və çevik Satınalma və Təchizat üzrə Mütəxəssis axtarırıq.
Vacib qeyd: İş modelimiz çoxsaylı korporativ müştərilərin müxtəlif məhsul tələblərinin eyni vaxtda idarə olunmasını nəzərdə tutur. Bu səbəbdən namizədin B2B təchizat / supply şirkətində satınalma və ya təchizat üzrə iş təcrübəsinin olması əsas tələbdir.
Tələblər
- Minimum 1 il B2B təchizat / supply şirkətində satınalma və ya təchizat üzrə iş təcrübəsi;
- Eyni vaxtda müxtəlif müştərilərin fərqli məhsul tələbləri ilə işləmə təcrübəsi;
- Təchizatçıların axtarılması, qiymətlərin toplanması və müqayisəsi;
- Təchizatçılarla qiymət, endirim və ödəniş şərtləri üzrə danışıqlar aparmaq bacarığı;
- Sifarişlərin təqibi və vaxtında çatdırılmasına nəzarət;
- MS Office, xüsusilə Excel proqramında sərbəst işləmək;
- Azərbaycan dilində səlis danışıq və yazı;
- Rus və ya İngilis dili biliyi üstünlükdür;
- Operativ, diqqətli və məsuliyyətli olmaq.
Üstünlük veriləcək
- İnşaat materialları və texniki avadanlıqlar üzrə təchizat təcrübəsi;
- Geniş yerli təchizatçı bazası;
- İnşaat, təsərrüfat və texniki məhsulların qiymətləri barədə bazar məlumatı;
- Çoxsaylı məhsul kateqoriyaları ilə işləmək təcrübəsi.
Vəzifə öhdəlikləri
- Korporativ müştərilərdən daxil olan məhsul tələblərinin araşdırılması;
- Müxtəlif kateqoriyalar üzrə uyğun təchizatçıların tapılması;
- Hər məhsul üzrə minimum 2–3 təchizatçıdan qiymət alınması və müqayisəsi;
- Qiymət və kommersiya şərtləri üzrə danışıqların aparılması;
- Sifarişlərin yerləşdirilməsi və icrasının izlənilməsi;
- Məhsulun keyfiyyəti, sayı, qiyməti və çatdırılma müddətinə nəzarət;
- Alternativ məhsul və təchizatçıların araşdırılması;
- Anbar və digər şöbələrlə koordinasiya;
- Satınalma ilə bağlı hesabat və sənədləşmənin aparılması.
İş şəraiti
- Məkan: Bakı, Əhməd Rəcəbli
- İş qrafiki: 5 günlük iş həftəsi, 09:00–18:00
- Maaş: Təcrübə və bacarığa uyğun olaraq müsahibə zamanı razılaşdırılır
- İş üçün korporativ nömrə təqdim olunur
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər - [email protected]