Yeni fəaliyyətə başlayacaq “EduSky Kids Academy“ Məktəbəqədər Tədris Mərkəzinə aşağıdakı ixtisaslar üzrə müəllimlər tələb olunur:
- İngilis dili müəllimi;
- Rus dili müəllimi;
- Azərbaycan dili müəllimi;
- Riyaziyyat müəllimi;
- Məntiq müəllimi.
Vakansiya sayı:
- 2 vakansiya tam ştatlı;
- 3–4 vakansiya 0,5 ştatlı.
İş yeri: Atatürk prospekti ətrafı, Gənclik metrosu yaxınlığı.
İş şərtləri:
- Rəsmi əmək müqaviləsi;
- Rahat və inkişafyönümlü iş mühiti;
- Əməkhaqqının dərs saatına və həftəlik iş qrafikinə uyğun olaraq müəyyən edilməsi.
Tələblər:
- Aidiyyəti sahə üzrə bilik və bacarıqlar;
- Uşaqlarla işləmə qabiliyyəti;
- Məsuliyyətli və ünsiyyətcil olmaq.
- Tam ştat müəllimlər üçün ən az 2 illik iş təcrübəsi
İş haqqında məlumat:
- Uşaqların təlim - tərbiyəsi və tədrisi ilə məşğul olmaq;
- Gündəlik planı hazırlamaq və tətbiq etmək;
- Uşaqlara fərdi yanaşma, potensiallarını üzə çıxarmaq üçün onlara həvəsləndirici və öyrədici mühit yaratmaq;
- Kurslarda təlim-tədris və sosial fəaliyyətlərində yaxından iştirak etmək:
- Valideynlərə uşaqların inkişafı ilə bağlı məsləhətlər vermək və pedaqoji iş aparmaq;
- Uşaqlarla mehriban, pozitiv və düzgün ünsiyyət qurulması;
- Qrupun gün rejiminə uyğun olaraq işin düzgün təşkil edilməsi;
- Uşaqlarla müxtəlif əyləncəli oyunların təşkili;
- Qrupun və kursun fəaliyyətinə aid olan digər işlərin görülməsi;
Maraqlanan namizədlərdən, CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərilməsi xahiş olunur.
Əlaqə +99410 381 2906