Reklam ustası

  • Deadline 29 May 2026

Elcom Group şirkətinə Reklam Ustası tələb olunur!

İş şəraiti

  • İş yeri: Bakı şəhəri
  • İş rejimi: Tam ştat
  • Əmək haqqı: Müsahibə zamanı qarşılıqlı razılaşma əsasında

Vəzifə öhdəlikləri:

  • Layihə və texniki sxemlərə uyğun olaraq çöl reklam konstruksiyalarının, işıqlı və işıqsız lövhələrin, stend sistemlərinin istehsalı
  • Qabarıq hərflərin, fasad lövhələrinin, işıqlı reklam qurğularının hazırlanması və montajı
  • Vinil, baner materialı və digər reklam elementlərinin tətbiqi
  • Metal (polad, paslanmaz polad, alüminium) konstruksiyaların hazırlanması, qaynağı və montajı
  • İstehsal prosesinin keyfiyyətinə nəzarət
  • İstehsal üçün kəsmə, qaynaq, montaj sxemlərinin formalaşdırılması
  • SolidWorks proqramında 3D modellərin hazırlanması və texniki çertyojların çıxarılması

Namizədə olan tələblər:

Zəruri tələblər

  • Reklam, metal konstruksiya və ya istehsal sahəsində təcrübə
  • Texniki çertyoj oxuma və hazırlama bacarığı
  • Metal materiallarla (polad, alüminium, paslanmaz) işləmə təcrübəsi
  • Qaynaq, kəsmə və montaj əməliyyatları haqqında biliklər
  • Ölçü götürmə, hesablama və layihəyə uyğun material sərfiyyatını müəyyənləşdirmə bacarığı
  • Komandada işləmək qabiliyyətiç məsuliyyət və dəqiqlik

Arzu olunan tələblər

  • SolidWorks proqramında 3D modelləmə bacarığı
  • CorelDRAW, AutoCAD və ya Adobe Illustrator proqramlarını bilmə
  • SolidCAM, Sheet Metal və ya Weldments modullarında təcrübə
  • Sürücülük vəsiqəsi (B kateqoriyası)

Bizim təklifimiz:

  • Rəqabətli əmək haqqı (müsahibə zamanı qarşılıqlı razılaşma yolu ilə müəyyən olunacaq)
  • Rəsmi əmək müqaviləsi
  • Stabil və daimi iş yeri
  • Peşəkar inkişaf imkanı
  • Şirkət hesabına yüksək keyfiyyətli və çeşidli nahar
  • Sağlam korporativ mədəniyyət mühiti

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily76
  • Weekly509
  • Monthly76