Konsaltinq və audit xidmətləri sahəsində yüksək keyfiyyətdə xidmət göstərən müəssisəmizə, brendimizin rəqəmsal platformalarda mövqeyini gücləndirəcək zəngin iş təcrübəsinə malik SMM mütəxəssisi axtarırıq.
Vəzifə öhdəlikləri:
- Sosial media hesablarının (Facebook, Instagram, LinkedIn, Telegram və s.) idarə olunması və inkişaf etdirilməsi.
- B2B və korporativ sektora uyğun aylıq SMM strategiyasının və kontent planının (post, reels, story) hazırlanması.
- Şirkətin xidmətlərinə (audit, konsaltinq və s.) uyğun maarifləndirici, cəlbedici vizual və mətn məzmunlarının yaradılması.
- Hədəf kütləyə uyğun reklam kampaniyalarının (Meta Ads, LinkedIn Ads) qurulması, büdcənin idarə edilməsi və optimallaşdırılması.
- Daxil olan rəy və mesajların vaxtında və peşəkar şəkildə cavablandırılması.
- Sosial media göstəricilərinin (reach, engagement, conversion) analizi və aylıq hesabatların hazırlanması.
Tələblər:
- Xidmət/B2B/Konsaltinq sahəsində SMM üzrə ən azı 2-3 il iş təcrübəsi (Portfel göstərilməsi mütləqdir).
- Azərbaycan dilində səlis və qrammatik baxımdan düzgün yazı qabiliyyəti (Rus və ya ingilis dili biliyi üstünlükdür).
- Meta Ads Manager və LinkedIn Ads ilə işləmək təcrübəsi.
- Əsas dizayn və video redaktə proqramlarından (Canva, CapCut, Photoshop və ya Premiere) istifadə bacarığı.
- Korporativ etikaya yiyələnmə, yüksək məsuliyyət və vaxtı idarəetmə qabiliyyəti.
İş şərtləri:
- İş qrafiki: 5 günlük, 09:00 – 18:00.
- Əməkhaqqı: Namizədin biliyinə, təcrübəsinə və portfelinə əsasən razılaşma yolu ilə müəyyən olunur.
Maraqlanan namizədlər öz CV-lərini və fəaliyyətlərini əks etdirən portfellərini mövzu hissəsində "SMM Mütəxəssisi" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Qeyd: Yalnız portfeli olan və tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.