Finekspertiza Group MMC Finekspertiza Group MMC
  • 177

SMM Mütəxəssisi (Social Media Specialist)

SMM Mütəxəssisi (Social Media Specialist)

  • Deadline 4 Sentyabr 2026

​Konsaltinq və audit xidmətləri sahəsində yüksək keyfiyyətdə xidmət göstərən müəssisəmizə, brendimizin rəqəmsal platformalarda mövqeyini gücləndirəcək zəngin iş təcrübəsinə malik SMM mütəxəssisi axtarırıq.

​Vəzifə öhdəlikləri:

  • Sosial media hesablarının (Facebook, Instagram, LinkedIn, Telegram və s.) idarə olunması və inkişaf etdirilməsi.
  • B2B və korporativ sektora uyğun aylıq SMM strategiyasının və kontent planının (post, reels, story) hazırlanması.
  • Şirkətin xidmətlərinə (audit, konsaltinq və s.) uyğun maarifləndirici, cəlbedici vizual və mətn məzmunlarının yaradılması.
  • Hədəf kütləyə uyğun reklam kampaniyalarının (Meta Ads, LinkedIn Ads) qurulması, büdcənin idarə edilməsi və optimallaşdırılması.
  • Daxil olan rəy və mesajların vaxtında və peşəkar şəkildə cavablandırılması.
  • Sosial media göstəricilərinin (reach, engagement, conversion) analizi və aylıq hesabatların hazırlanması.

​Tələblər:

  • Xidmət/B2B/Konsaltinq sahəsində SMM üzrə ən azı 2-3 il iş təcrübəsi (Portfel göstərilməsi mütləqdir).
  • Azərbaycan dilində səlis və qrammatik baxımdan düzgün yazı qabiliyyəti (Rus və ya ingilis dili biliyi üstünlükdür).
  • Meta Ads Manager və LinkedIn Ads ilə işləmək təcrübəsi.
  • Əsas dizayn və video redaktə proqramlarından (Canva, CapCut, Photoshop və ya Premiere) istifadə bacarığı.
  • Korporativ etikaya yiyələnmə, yüksək məsuliyyət və vaxtı idarəetmə qabiliyyəti.

​İş şərtləri:

  • İş qrafiki: 5 günlük, 09:00 – 18:00.
  • Əməkhaqqı: Namizədin biliyinə, təcrübəsinə və portfelinə əsasən razılaşma yolu ilə müəyyən olunur.

Maraqlanan namizədlər öz CV-lərini və fəaliyyətlərini əks etdirən portfellərini mövzu hissəsində "SMM Mütəxəssisi" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

​Qeyd: Yalnız portfeli olan və tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily89
  • Weekly399
  • Monthly416