Menecer

  • Deadline 27 Dekabr 2026

Vəzifə öhdəlikləri

  • İşçilərin gündəlik fəaliyyətinə nəzarət və iş bölgüsünün aparılması
  • Yeni işçilərin seçilməsi, müsahibələrin keçirilməsi və işə qəbul prosesinin idarə olunması
  • İşçilərin davamiyyəti, intizamı və iş keyfiyyətinə nəzarət
  • Kassa əməliyyatlarına və gündəlik kassa hesabatlarına nəzarət
  • Günlük sifarişlərin qəbul edilməsi, yoxlanılması və düzgün sayımının aparılması
  • Anbar və məhsul qalıqlarına nəzarət, çatışmazlıqların vaxtında müəyyən edilməsi
  • Məhsulların düzgün saxlanılması və istifadə müddətlərinə nəzarət
  • Müştərilərə göstərilən xidmətin keyfiyyətinə nəzarət
  • Müştəri məmnuniyyətinin artırılması və yaranan problemlərin operativ həll edilməsi
  • Kafe daxilində nizam-intizam və təmizliyin qorunmasına nəzarət
  • İş prosesində yaranan problemlərin rəhbərliyə vaxtında bildirilməsi
  • Günlük iş nəticələri haqqında rəhbərliyə hesabat təqdim edilməsi
  • Kafenin ümumi iş standartlarının qorunması və inkişaf etdirilməsi

Tələblər

  • Kafe, restoran və ya xidmət sektorunda idarəçilik təcrübəsi
  • Güclü ünsiyyət və komanda idarəetmə bacarığı
  • Məsuliyyətli, diqqətli və intizamlı olmaq
  • Kassa və maliyyə əməliyyatlarına nəzarət bacarığı
  • Stressli vəziyyətlərdə düzgün və operativ qərar qəbul etmək
  • İşçilərlə düzgün kommunikasiya qurmaq və tələbkarlıq göstərə bilmək
  • Müştəriyönümlü düşüncə
  • Detallara diqqətli olmaq
  • Problemləri vaxtında görmək və həll etmək bacarığı
  • Növbə və iş qrafikinə uyğun işləyə bilmək
  • Azərbaycan dili səlis; rus və ingilis dili bilmək üstünlükdür
  • MS Office / Google Sheets və kassa proqramları ilə işləmək bacarığı üstünlükdür

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily67
  • Weekly182
  • Monthly2154