Operator

  • Deadline 21 Noyabr 2026

Grand Catering QSC vakansiya elan edir - Operator axtarışındayıq.

Anbar və logistika sahəsində inkişaf etmək, məhsulların düzgün qəbulu, saxlanması və uçotu proseslərində iştirak etmək və peşəkar komandada çalışmaq istəyən namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

  • Anbara daxil olan mal-materialların qəbulunu və sənədlər üzrə yoxlanılmasını həyata keçirmək.
  • Mal-materialların miqdarını, çeşidini və nomenklaturasını yoxlamaq.
  • Qəbul, təhvil-təslim, məxaric və digər anbar sənədlərinin düzgün rəsmiləşdirilməsini təmin etmək.
  • Anbara daxil olan və anbardan çıxarılan məhsullar barədə məlumatları müvafiq sistemə daxil etmək.
  • Anbar qalığının gündəlik uçotunu aparmaq və məlumatların sistemdə düzgün əks olunmasını təmin etmək.
  • Mal-materialların müəyyən edilmiş qaydalara uyğun yerləşdirilməsini və saxlanılmasını təşkil etmək.
  • Məhsulların çeşidlənməsi, markalanması və düzgün ünvanlaşdırılmasına nəzarət etmək.
  • Anbardan mal-materialların buraxılışını təsdiqedici sənədlər əsasında həyata keçirmək.
  • Sifarişlərə uyğun olaraq məhsulların yığılması və aidiyyəti şəxslərə təhvil verilməsini təmin etmək.
  • Anbar üzrə inventarizasiya proseslərində iştirak etmək və faktiki qalıqların uçot məlumatları ilə üzləşdirilməsini aparmaq.
  • Çatışmazlıq, artıqgəlmə, uyğunsuzluq və zədələnmə halları barədə rəhbərliyə məlumat vermək.
  • Mal-materialların saxlanma müddətlərinə və saxlanma şəraitinə nəzarət etmək.
  • Anbarın səliqəli, təhlükəsiz və iş üçün yararlı vəziyyətdə saxlanılmasını təmin etmək.
  • Anbar əməliyyatları ilə bağlı hesabatların hazırlanmasında iştirak etmək.
  • Anbar üzrə sənədlərin və elektron məlumatların düzgün və vaxtında arxivləşdirilməsini təmin etmək.
  • Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və daxili intizam qaydalarına riayət etmək.
  • Rəhbərliyin səlahiyyətləri çərçivəsində verdiyi digər tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • Ali təhsil
  • Anbar operatoru olaraq minimum 1 il iş təcrübəsi
  • Azərbaycan dili – əla
  • MS Office proqramlarında və 1C 8.3 işləmək bacarığı
  • Diqqətlilik və detallara yönümlülük
  • Məsuliyyətli və operativ yanaşma

Sizə nə təklif edirik?

  • Şirkət tərəfindən təmin olunan nahar
  • Korporativ mobil nömrə və danışıq paketi
  • Peşəkar inkişaf və karyera imkanları
  • Dinamik və inkişafyönümlü iş mühiti

Ünvan: Bakı şəhəri, Nobel prospekti

Əmək haqqı: 800 AZN - NET

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily0
  • Weekly332
  • Monthly1753