“Hədəf Beynəlxalq Kembric Məktəbi”-nə abituriyentləri ilə işləyə bilən, peşəkar və təcrübəli Riyaziyyat Müəllimi axtarılır.
Əsas Vəzifə Öhdəlikləri:
- 9–11-ci sinif şagirdləri (abituriyentlər) üçün riyaziyyat dərslərinin planlaşdırılması və keçirilməsi;
- Abituriyentlərin imtahanlara (buraxılış və qəbul) məqsədyönlü hazırlanması;
- Dərslərin rus dilində effektiv və anlaşılan şəkildə tədrisi;
- Müasir tədris metodları və texnologiyalardan istifadə;
- Şagirdlərin bilik səviyyəsinin mütəmadi qiymətləndirilməsi və inkişafının izlənməsi;
- Şagirdlərə və valideynlərə müntəzəm və konstruktiv geribildirim verilməsi;
- Sinifdə nizam-intizamın və müsbət tədris mühitinin təmin olunması;
- Məktəbin daxili qayda və prosedurlarına riayət edilməsi.
Tələblər:
- Ali təhsil (mütləq);
- Riyaziyyat fənni üzrə minimum 3 il müəllimlik təcrübəsi;
- 9–11-ci sinif abituriyentlərlə iş təcrübəsi (mütləq);
- Rus dilində sərbəst tədris bacarığı.
Bacarıqlar və Səriştələr:
- Fənn üzrə yüksək bilik səviyyəsi;
- Dəqiq, məsuliyyətli və cavabdeh yanaşma;
- Güclü ünsiyyət və təqdimetmə bacarıqları;
- Müsbət və peşəkar münasibət;
- Effektiv sinif və zaman idarəetməsi bacarıqları.
Biz Nə Təklif Edirik
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
- İş saatları: 08:00 – 17:00 (həftədə 5 gün);
- 56 gün ödənişli məzuniyyət;
- Şirkət tərəfindən gündəlik nahar;
- Əməkdaşların övladları üçün məktəb ödənişlərində endirim;
- Müntəzəm təlim və inkişaf proqramları;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
Vakansiyaya uyğun namizədlər CV-lərini mövzu hissəsində “Riyaziyyat Müəllimi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.