Hədəf STEAM Liseyi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanınmış beynəlxalq özəl məktəbdir
Hədəf STEAM Liseyi Azərbaycanın ilk STEAM əsaslı təhsil müəssisəsi və Beynəlxalq Kembric proqramını təqdim edən aparıcı özəl məktəbdir. 2018-ci ildən fəaliyyət göstərən lisey məktəbəqədərdən tam orta təhsil səviyyəsinə qədər Azərbaycan, rus və ingilis bölmələrində təhsil verir.
Hədəf Liseyi balabilgələrin analitik düşünmə, yaradıcılıq, texnologiya və layihəəsaslı öyrənmə (PBL) bacarıqlarını inkişaf etdirməyi hədəfləyir. Məktəb şagirdlərin tənqidi düşünmə, məsuliyyətli qərar vermə və problem həll etmə qabiliyyətlərini inkişaf etdirən müasir, dəstəkləyici təhsil mühiti yaradır.
Liseyin yerli və beynəlxalq olimpiadalarda uğurları və STEAM akkreditasiyası (STEAM.org) Hədəfi Azərbaycanda bu sahədə lider təhsil müəssisəsi olaraq fərqləndirir. Məktəb həmçinin innovasiya, əməkdaşlıq və davamlı inkişaf prinsipləri əsasında şagirdlərin, müəllimlərin potensialını maksimum səviyyədə reallaşdırır.
Hədəf STEAM Liseyi Riyaziyyat Müəllimi (rus bölməsi üzrə)