Receptionist (Qeydiyyatçı)

  • Deadline 14 Sentyabr 2026

Hürmətli namizəd!

İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

Qeydiyyatçı / Receptionist

Namizədə tələblər

  • Yaş: 22-35
  • Təhsil: Ali
  • İş təcrübəsi: Bu sahədə təcrübəsi olanlara üstünlük verilir
  • Dil bilikləri: Azərbaycan və Rus (əla), İngilis dili (əla) - orta səviyyə

Şəxsi keyfiyyətlər

  • Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla effektiv ünsiyyət qurmaq bacarığı
  • Fikirlərini aydın, lakonik və inamla ifadə etmək bacarığı
  • Yeni bilik və bacarıqları mənimsəməyə və inkişaf etdirməyə həvəsli olmaq
  • Yeni iş mühitinə və kollektivə tez uyğunlaşaraq komandanın bir hissəsi olmaq bacarığı
  • Gülərüz, səbirli, emosional cəhətdən sabit və stresə davamlı olmaq
  • Uşaqlara sevgi və diqqətlə yanaşmaq

Əsas vəzifə öhdəlikləri

  • Mərkəzə daxil olan valideynləri, uşaqları və qonaqları qarşılamaq, yönləndirmək
  • Zəngləri cavablandırmaq və lazımi şəxslərə yönləndirmək
  • Valideynlərlə mütəmadi, nəzakətli və keyfiyyətli ünsiyyətdə olmaq
  • Daxil olan sorğuları, qeydiyyatları və sənədləşmə işlərini icra etmək
  • Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək

İş şərtləri

  • İş vaxtı: 08:00 – 19:00
  • İş günü: 5/2 (şənbə və bazar günləri, dövlət bayramları qeyri-iş günləridir)
  • Əmək haqqı: 750 AZN - 800 AZN

Məlumatlandırıcı qeydlər

  • Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
  • CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədəuyğundur
  • CV formasında əsas məlumatları lakonik və aydın qeyd edin
  • Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
  • İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin surətinin göndərilməsinə ehtiyac yoxdur
  • İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV'lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri və e-mailin mövzu hissəsində mütləq "Qeydiyyatçı / Receptionist" qeyd etmələri xahiş olunur.

  • Daily5
  • Weekly579
  • Monthly1177