Xəstəxana xidmətləri üzrə koordinator

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Xəstəxana xidmətləri üzrə koordinator

  • Deadline 25 July 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə və öhdəliklər:

  • Bölmə rəhbərinin hazırladığı iş planına uyğun olaraq hərəkət etmək;
  • Bölməyə gələn xəstənin məlumatlarını həkim və məsul tibb bacısı/ tibb bacısına verərək, xəstəni müayinə şöbəsinə yönləndirmək;
  • Xəstəyə aid bütün sənədlərin müvafiq bölməyə çatdırılmasını təmin etmək;
  • Xəstələrə əlavə müayinələr üçün təyin olunan görüşlər haqqında açıqlama vermək, analiz nəticələrini nə zaman və haradan götürəcəkləri haqqında xəstəyə məlumat vermək;
  • Xəstənin tibbi prosedurları ilə bağlı lazımi hazırlıqları həyata keçirmək;
  • Köməkçi tibbi personala ehtiyac olduqda, müvafiq bölmələrlə əlaqə saxlayaraq köməkçi tibbi personalın gəlməsini təmin etmək;
  • Öncədən həkim qəbuluna yazılmamış xəstələrin mümkün olduqda dərhal həkim tərəfindən qəbul edilməsini, mümkün olmadıqda isə yenidən həkim qəbuluna yazılmasını təmin etmək;
  • Həkim qəbuluna gəlməmiş xəstələrlə əlaqənin saxlanması və təkrar həkim qəbulunun planlaşdırılmasını təmin etmək;
  • Şöbədə xidmət göstərilən bütün xəstələrin “Məmnuniyyət anketi”nin doldurmasını təmin etmək;
  • Şöbədəki kontrol siyahılarına uyğun olaraq yoxlamaların aparılmasını təmin etmək;
  • Sahəsi ilə bağlı xəstəxana keyfiyyət proseslərini izləyərək xidmət keyfiyyətinin davamlı olaraq yaxşılaşdırılmasına töhfə vermək;
  • Xəstəyönümlü işləmək, xəstə məmnuniyyətinin/ şikayətlərinin müəyyən edilməsi və qiymətləndirilməsi mexanizmlərinin qurulmasına töhfə vermək, yaradılmış mexanizmin tətbiqi, xəstə/xəstə yaxınlarının gözləntilərini və sahəsiylə bağlı təkmilləşdirməyə ehtiyacı olan istiqamətlərlə bağlı bölmə rəhbərinə məlumat vermək;
  • Xəstə və xəstə yaxınlarını özünün nəzarət etdiyi proseslərə aid olmayan (özü həll edə bilməyəcək, digər şöbələrə aid) xəstəxana və ya personalla bağlı şikayətləri olduğu halda rəhbərinə və/və ya Xəstə Məmnuniyyəti bölməsinə yönləndirmək
  • Yatış qərarı verilən xəstələrin iş saatları ərzində və ya xaricində Yatış bölməsinə bildirmək və izlənilməsini həyata keçirmək.

Tələblər:

  • Müvafiq sahəyə uyğun Ali təhsil (tibbi sənədləşdirmə, katibəlik və ya səhiyyə ilə bağlı fakültələrdən subbakalavr/bakalavr dərəcəsi üzrə məzun olmaq)
  • 25-30 yaş aralığı (cins – qadın) 
  • Ən azından 1 il səhiyyə sahəsində iş təcrübəsi
  • Kompüter bilikləri normal səviyyədə

İş qrafiki:

  • 6 günlük iş qrafiki 

Vakansiyaya müraciət etmək istəyən namizədlərdən CV-lərini e-mail ünvanına “mövzu” yerində “Xəstəxana Xidmətləri üzrə koordinator” qeyd edərək göndərməyiniz xahiş olunur. 

  • Daily0
  • Weekly289
  • Monthly2019