Xəstəxana xidmətləri üzrə koordinator

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Xəstəxana xidmətləri üzrə koordinator

  • Deadline 24 İyun 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə və öhdəliklər:

  • Bölmə rəhbərinin hazırladığı iş planına uyğun olaraq hərəkət etmək;
  • Bölməyə gələn xəstənin məlumatlarını həkim və məsul tibb bacısı/ tibb bacısına verərək, xəstəni müayinə şöbəsinə yönləndirmək;
  • Xəstəyə aid bütün sənədlərin müvafiq bölməyə çatdırılmasını təmin etmək;
  • Xəstələrə əlavə müayinələr üçün təyin olunan görüşlər haqqında açıqlama vermək, analiz nəticələrini nə zaman və haradan götürəcəkləri haqqında xəstəyə məlumat vermək;
  • Xəstənin tibbi prosedurları ilə bağlı lazımi hazırlıqları həyata keçirmək;
  • Köməkçi tibbi personala ehtiyac olduqda, müvafiq bölmələrlə əlaqə saxlayaraq köməkçi tibbi personalın gəlməsini təmin etmək;
  • Öncədən həkim qəbuluna yazılmamış xəstələrin mümkün olduqda dərhal həkim tərəfindən qəbul edilməsini, mümkün olmadıqda isə yenidən həkim qəbuluna yazılmasını təmin etmək;
  • Həkim qəbuluna gəlməmiş xəstələrlə əlaqənin saxlanması və təkrar həkim qəbulunun planlaşdırılmasını təmin etmək;
  • Şöbədə xidmət göstərilən bütün xəstələrin “Məmnuniyyət anketi”nin doldurmasını təmin etmək;
  • Şöbədəki kontrol siyahılarına uyğun olaraq yoxlamaların aparılmasını təmin etmək;
  • Sahəsi ilə bağlı xəstəxana keyfiyyət proseslərini izləyərək xidmət keyfiyyətinin davamlı olaraq yaxşılaşdırılmasına töhfə vermək;
  • Xəstəyönümlü işləmək, xəstə məmnuniyyətinin/ şikayətlərinin müəyyən edilməsi və qiymətləndirilməsi mexanizmlərinin qurulmasına töhfə vermək, yaradılmış mexanizmin tətbiqi, xəstə/xəstə yaxınlarının gözləntilərini və sahəsiylə bağlı təkmilləşdirməyə ehtiyacı olan istiqamətlərlə bağlı bölmə rəhbərinə məlumat vermək;
  • Xəstə və xəstə yaxınlarını özünün nəzarət etdiyi proseslərə aid olmayan (özü həll edə bilməyəcək, digər şöbələrə aid) xəstəxana və ya personalla bağlı şikayətləri olduğu halda rəhbərinə və/və ya Xəstə Məmnuniyyəti bölməsinə yönləndirmək
  • Yatış qərarı verilən xəstələrin iş saatları ərzində və ya xaricində Yatış bölməsinə bildirmək və izlənilməsini həyata keçirmək.

Tələblər:

  • Müvafiq sahəyə uyğun Ali təhsil (tibbi sənədləşdirmə, katibəlik və ya səhiyyə ilə bağlı fakültələrdən subbakalavr/bakalavr dərəcəsi üzrə məzun olmaq)
  • 25-30 yaş aralığı (cins – qadın) 
  • Ən azından 1 il səhiyyə sahəsində iş təcrübəsi
  • Kompüter bilikləri, mühasibatlıq, kommunikasiya, tibbi katiblik üzrə sertifikatlı kurs və s.
  • Mükəmməl Rus dili biliyi 

İş qrafiki:

  • 6 günlük iş qrafiki 

Şəxsi keyfiyyətlər:

  • Effektiv kommunikasiya bacarıqlarına sahib olmaq, özünü yaxşı ifadə edə bilmək, təşkilatçılıq və koordinasiya bacarıqları, komanda işinə meyillilik, vaxtın səmərəli idarə edilməsi bacarığı, rəylərə və öz üzərində işləməyə açıq olmaq, problemlərin həll edilməsi bacarığı.
  • Əmək haqqı müsahibə əsasında təyin olunacaq.

Vakansiyaya müraciət etmək istəyən namizədlərdən CV-lərini e-mail ünvanına “mövzu” yerində “Xəstəxana Xidmətləri üzrə koordinator” qeyd edərək göndərməyiniz xahiş olunur. 

  • Günlük1
  • Həftəlik698
  • Aylıq1395