Vəzifə və öhdəliklər:
- Bölmə rəhbərinin hazırladığı iş planına uyğun olaraq hərəkət etmək;
- Bölməyə gələn xəstənin məlumatlarını həkim və məsul tibb bacısı/ tibb bacısına verərək, xəstəni müayinə şöbəsinə yönləndirmək;
- Xəstəyə aid bütün sənədlərin müvafiq bölməyə çatdırılmasını təmin etmək;
- Xəstələrə əlavə müayinələr üçün təyin olunan görüşlər haqqında açıqlama vermək, analiz nəticələrini nə zaman və haradan götürəcəkləri haqqında xəstəyə məlumat vermək;
- Xəstənin tibbi prosedurları ilə bağlı lazımi hazırlıqları həyata keçirmək;
- Köməkçi tibbi personala ehtiyac olduqda, müvafiq bölmələrlə əlaqə saxlayaraq köməkçi tibbi personalın gəlməsini təmin etmək;
- Öncədən həkim qəbuluna yazılmamış xəstələrin mümkün olduqda dərhal həkim tərəfindən qəbul edilməsini, mümkün olmadıqda isə yenidən həkim qəbuluna yazılmasını təmin etmək;
- Həkim qəbuluna gəlməmiş xəstələrlə əlaqənin saxlanması və təkrar həkim qəbulunun planlaşdırılmasını təmin etmək;
- Şöbədə xidmət göstərilən bütün xəstələrin “Məmnuniyyət anketi”nin doldurmasını təmin etmək;
- Şöbədəki kontrol siyahılarına uyğun olaraq yoxlamaların aparılmasını təmin etmək;
- Sahəsi ilə bağlı xəstəxana keyfiyyət proseslərini izləyərək xidmət keyfiyyətinin davamlı olaraq yaxşılaşdırılmasına töhfə vermək;
- Xəstəyönümlü işləmək, xəstə məmnuniyyətinin/ şikayətlərinin müəyyən edilməsi və qiymətləndirilməsi mexanizmlərinin qurulmasına töhfə vermək, yaradılmış mexanizmin tətbiqi, xəstə/xəstə yaxınlarının gözləntilərini və sahəsiylə bağlı təkmilləşdirməyə ehtiyacı olan istiqamətlərlə bağlı bölmə rəhbərinə məlumat vermək;
- Xəstə və xəstə yaxınlarını özünün nəzarət etdiyi proseslərə aid olmayan (özü həll edə bilməyəcək, digər şöbələrə aid) xəstəxana və ya personalla bağlı şikayətləri olduğu halda rəhbərinə və/və ya Xəstə Məmnuniyyəti bölməsinə yönləndirmək
- Yatış qərarı verilən xəstələrin iş saatları ərzində və ya xaricində Yatış bölməsinə bildirmək və izlənilməsini həyata keçirmək.
Tələblər:
- Müvafiq sahəyə uyğun Ali təhsil (tibbi sənədləşdirmə, katibəlik və ya səhiyyə ilə bağlı fakültələrdən subbakalavr/bakalavr dərəcəsi üzrə məzun olmaq)
- 25-30 yaş aralığı (cins – qadın)
- Ən azından 1 il səhiyyə sahəsində iş təcrübəsi
- Kompüter bilikləri normal səviyyədə
İş qrafiki:
- 6 günlük iş qrafiki
Vakansiyaya müraciət etmək istəyən namizədlərdən CV-lərini e-mail ünvanına “mövzu” yerində “Xəstəxana Xidmətləri üzrə koordinator” qeyd edərək göndərməyiniz xahiş olunur.