Restoran Meneceri / Administrator

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Restoran Meneceri / Administrator

  • Deadline 20 Dekabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifələr:

  • Restoranın gündəlik fəaliyyətinə nəzarət etmək və iş prosesinin fasiləsiz davam etməsini təmin etmək.
  • Personalın idarə olunması: iş qrafikinin tərtibi, onboarding, nəzarət, motivasiya və intizam.
  • Müştərilərin qarşılanması, şikayət və müraciətlərin operativ həlli, yüksək səviyyədə servis standartlarının təmin olunması.
  • Mətbəx və zal komandası arasında düzgün koordinasiyanı təmin etmək.
  • Məhsulların və sifarişlərin keyfiyyətinə, həmçinin restoranın ümumi təmizliyinə nəzarət.
  • Gündəlik satışların, kassa əməliyyatlarının və hesabatların aparılması.
  • Anbar qalığının nəzarəti, sifarişlərin verilməsi və qəbulunda iştirak.
  • Restoranın xidmət standartlarına riayət olunmasını təmin etmək.
  • Marketinq kampaniyaları və aksiyaların icrasında iştirak.
  • Problemli situasiyaların operativ həlli və iş prosesinin optimallaşdırılması.

Tələblər:

  • Restoran sahəsində menecer, administrator və ya supervayzer kimi ən azı 1–2 il təcrübə.
  • Liderlik bacarığı, komanda idarəetmə təcrübəsi.
  • Güclü ünsiyyət bacarıqları və müştəriyönümlü yanaşma.
  • Stresə davamlılıq və operativ qərarvermə bacarığı.
  • Kassa əməliyyatları, səviyyəli xidmət standartları və restoran proseslərini bilmə.
  • Təmkinli, məsuliyyətli və təşkilatçı olmaq.
  • Azərbaycan yaxşı səviyyədə bilmək (ingilis dili və ya rus dilli üstünlükdür).

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily14
  • Weekly556
  • Monthly556