Magna Tikinti İnşaat Materialları Magna Tikinti İnşaat Materialları
  • 553

Magna Tikinti İnşaat Materialları

Emal sənayesi , Tikinti materiallarının istehsalı

Data analitik

  • Deadline 2 Avqust 2026

İş şəraiti

  • Əməkhaqqı: 1500 AZN
  • İş qrafiki: Tam iş günü
  • İş yeri: Bakı

Vəzifə öhdəlikləri:

  • Satış və ticari marketinq üzrə məlumatların toplanması, təhlili və hesabatların hazırlanması;
  • Satış komandalarından daxil olan analitik tələblərin qəbul edilməsi və vaxtında icrasına nəzarət;
  • Verilən tapşırıqların yerinə yetirilməsini izləmək və aidiyyəti şöbələrlə koordinasiyanı təmin etmək;
  • Excel və Power BI vasitəsilə hesabat və vizuallaşdırmalar hazırlamaq;
  • Satış göstəricilərini, kampaniyaların effektivliyini və bazar performansını analiz etmək;
  • Məlumatlarda uyğunsuzluq və mübahisəli halları operativ araşdırmaq, səbəblərini müəyyən edib həlli istiqamətində tədbirlər görmək;
  • Rəhbərlik üçün analitik təqdimatlar və qərarverməni dəstəkləyən hesabatlar hazırlamaq.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Ticari marketinq və ya satış sahəsində Data Analitik kimi minimum 1 il iş təcrübəsi
  • Marketinq sahəsində təcrübə üstünlükdür;
  • Microsoft Excel proqramını yüksək səviyyədə bilmək (Pivot Table, Power Query, mürəkkəb formulalar və s.);
  • Power BI proqramında peşəkar işləmək bacarığı;
  • Analitik düşünmə, yüksək diqqətlilik və məsuliyyətlilik;
  • Məlumatlarla işləməyi sevən, operativ qərarvermə və problem həll etmə bacarığı.

Şirkət təklif edir:

  • Əməkhaqqı: 1500 AZN;
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
  • Dinamik və peşəkar komandada çalışma imkanı.

Qeyd: Marketinq və ya satış kökənli namizədlərə üstünlük veriləcək. Excel və Power BI bilikləri yüksək səviyyədə olan, məlumatların analizi və hesabatların hazırlanması üzrə təcrübəli namizədlərin müraciəti gözlənilir.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər. Mövzu hissəsində "Data analtik" qeyd olunması xahiş olunur

  • Daily13
  • Weekly617
  • Monthly400