Makromed MMC Makromed MMC
  • 539

Makromed MMC

Sənaye

Maliyyə meneceri

  • Deadline 18 İyun 2026

İş şəraiti: 

  • İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsi 203C, AZ1114, Nəsimi metrosunun yaxınlığı
  • İş qrafiki: 09:00–18:00, həftənin 5 günü
  • Əmək haqqı: 700-1200 Azn

Əsas vəzifə öhdəlikləri

  • Şirkətin gündəlik maliyyə əməliyyatlarının izlənilməsi və sistemləşdirilməsi;
  • Gəlir və xərclərin uçotunun aparılması;
  • Ödənişlərin, hesab-fakturaların və müqavilə üzrə maliyyə öhdəliklərinin izlənilməsi;
  • Müştərilər və tərəfdaşlarla hesablaşmaların nəzarətdə saxlanılması;
  • Debitor və kreditor borcların izlənilməsi və rəhbərliyə mütəmadi məlumat verilməsi;
  • Bank əməliyyatları, köçürmələr və ödəniş tapşırıqları üzrə sənədlərin hazırlanmasına dəstək;
  • Maliyyə hesabatlarının, daxili cədvəllərin və analitik məlumatların hazırlanması;
  • Müqavilələr üzrə ödəniş qrafiklərinin izlənilməsi;
  • Aylıq gəlir-xərc hesabatlarının hazırlanması;
  • Vergi, mühasibatlıq və maliyyə sənədlərinin düzgün arxivləşdirilməsi;
  • Mühasibatlıq və vergi məsələləri üzrə aidiyyəti şəxslərlə koordinasiyanın aparılması;
  • Şirkətin daxili proqram təminatında maliyyə məlumatlarının işlənməsi;
  • Rəhbərlik tərəfindən verilən maliyyə və inzibati xarakterli tapşırıqların icrası.

Tələblər

  • Ali təhsil;
  • Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqəli sahə üzrə təhsil üstünlük hesab olunur;
  • Maliyyə, mühasibatlıq və ya oxşar sahədə iş təcrübəsi üstünlükdür;
  • Gəlir-xərc uçotu, ödənişlərin izlənilməsi və hesabatlılıq üzrə biliklər;
  • MS Excel və MS Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
  • Cədvəllərlə, rəqəmlərlə və sənədlərlə dəqiq işləmək bacarığı;
  • Müqavilə, hesab-faktura və ödəniş sənədləri ilə işləmək bacarığı;
  • Daxili proqram təminatı ilə işləməyə hazır olmaq;
  • İngilis və rus dili biliyi üstünlük hesab olunur.

Fərdi keyfiyyətlər

  • Məsuliyyətli, diqqətli və dəqiq olmaq;
  • Analitik düşünmə bacarığı;
  • Sistemli və planlı işləmək;
  • Rəqəmlərlə işləməkdə diqqətli olmaq;
  • Konfidensial məlumatlarla işləmək bacarığı;
  • Komanda ilə işləmək və düzgün kommunikasiya qurmaq;
  • Tapşırıqları vaxtında və keyfiyyətli icra etmək;
  • Yeni bilik və proqramları öyrənməyə açıq olmaq.

Namizədlər CV-lərini “Maliyyə meneceri” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər:

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily1
  • Weekly161
  • Monthly1546