Layihə İnşaat Mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Layihə İnşaat Mühəndisi

  • Deadline 27 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Hazırda şirkətimizə Layihə İnşaat Mühəndisi tələb olunur.

Vəzifənin məqsədi:

  • Bu vəzifə zavod ərazisində həyata keçirilən tikinti layihələri ilə yanaşı, şirkətin strateji layihələrinin icra olunduğu ərazilərdə də inşaat işlərinin planlaşdırılması, koordinasiyası və icrasına texniki dəstək göstərilməsini nəzərdə tutur.

İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.

Tələblər: 

  • İnşaat mühəndisliyi üzrə ali təhsil;
  • Müvafiq sahədə 2–3 il iş təcrübəsi;
  • Sənaye və ya tikinti layihələrində iş təcrübəsi üstünlükdür;
  • Tikinti çertyojlarını və texniki sənədləri oxumaq və təhlil etmək bacarığı;
  • AutoCAD və MS Office proqramlarında işləmək bacarığı;
  • Tikinti norma və standartları üzrə biliklər;
  • Analitik düşünmə, problem həll etmə və koordinasiya bacarıqları;
  • Yaxşı səviyyədə İngilis dili biliyi.

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
  • Bütövlük
  • Yenilikçilik

Əsas vəzifə və öhdəliklər:

  • Zavod ərazisində və strateji layihələrin icra olunduğu ərazilərdə həyata keçirilən tikinti, rekonstruksiya, modernizasiya və infrastruktur layihələrinin icrasında iştirak etmək;
  • Tikinti işlərinin təsdiq edilmiş layihə sənədlərinə, çertyojlara, texniki spesifikasiyalara, standartlara və iş qrafikinə uyğun icrasına nəzarət etmək;
  • Dəmir-beton və metal konstruksiyalar, avadanlıq fundamentləri, sənaye binaları, yollar və digər infrastruktur işlərinin icrasına nəzarət etmək;
  • Tikinti sahəsində görülən işlərin keyfiyyətini, həcmini və icra vəziyyətini yoxlamaq;
  • Podratçı və subpodratçıların fəaliyyətini koordinasiya etmək və görülən işlərin layihə tələblərinə uyğunluğunu təmin etmək;
  • Tikinti və konstruksiya çertyojlarını, texniki sənədləri, spesifikasiyaları və iş həcmlərini nəzərdən keçirmək;
  • Layihə sənədləri ilə faktiki sahə şəraiti arasında yaranan uyğunsuzluqları müəyyən etmək və texniki həllərin hazırlanmasında iştirak etmək;
  • Tikinti materiallarının və görülmüş işlərin tələb olunan keyfiyyət standartlarına uyğunluğunu yoxlamaq;
  • Görülmüş işlərin həcmlərinin ölçülməsi və podratçılar tərəfindən təqdim edilən iş həcmlərinin yoxlanılmasında iştirak etmək;
  • Layihələrin müəyyən edilmiş müddət və büdcə çərçivəsində tamamlanmasına dəstək göstərmək;
  • Mexanika, elektrik, istehsalat və digər aidiyyəti texniki komandalarla layihə işlərini koordinasiya etmək;
  • Layihələrin gedişatı, görülmüş işlər, gecikmələr, risklər və açıq məsələlər üzrə hesabatlar hazırlamaq;
  • Tikinti işləri zamanı əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ətraf mühit tələblərinə riayət olunmasına nəzarət etmək.

​​​​​​​Biz nə təklif edirik:

  • Könüllü tibbi sığorta
  • Servis avtobusu
  • Şəxsi və peşəkar inkişaf imkanları
  • İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
  • İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
  • Digər imtiyazlar

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily1
  • Weekly254
  • Monthly1349