Şirkətimiz yüksək gərginlikli (HV) və aşağı gərginlikli (LV) elektrik sistemlərinin quraşdırılması, texniki xidməti, test və istismara verilməsi sahəsində çalışacaq peşəkar Elektrik Mühəndisi axtarır.
Namizədə Tələblər
- Elektrik mühəndisliyi və ya uyğun ixtisas üzrə ali təhsil
- HV və LV elektrik sistemlərinin quraşdırılması və texniki xidməti sahəsində minimum 5 il iş təcrübəsi
- Elektrik qurğuları, enerji paylayıcı sistemlər, switchgear, transformatorlar, elektrik panelləri, kabel sistemləri, torpaqlama və ildırımdan mühafizə sistemləri üzrə biliklər
- Elektrik sxemlərini, single-line diagramları və texniki spesifikasiyaları oxuma bacarığı
- Elektrik təhlükəsizliyi standartları və prosedurları üzrə biliklər
- Test və commissioning işlərində təcrübə üstünlük hesab olunur
- Texniki hesabat və sənədlərin hazırlanması bacarığı
- Komandada işləmək və ünsiyyət bacarıqları
- Microsoft Office və AutoCAD proqramlarını bilmək üstünlükdür
- Azərbaycan dili mütləqdir, rus və/və ya ingilis dili biliyi üstünlükdür
- Sürücülük vəsiqəsi üstünlük hesab olunur
Əsas Vəzifə və Məsuliyyətlər
- HV və LV elektrik quraşdırma işlərinin icrası və nəzarəti
- Elektrik sistemləri və avadanlıqlarının quraşdırılması, yoxlanılması, nasazlıqların aradan qaldırılması və texniki xidməti
- Test və commissioning işlərində iştirak
- Elektrik panellərinin, transformatorların, kabel xətlərinin, torpaqlama və mühafizə sistemlərinin yoxlanılması
- Texniki sənədlərin, hesabatların və sahə qeydlərinin hazırlanması
- Layihə rəhbərləri, podratçılar və texniki komandalar ilə koordinasiya
- Sahə baxışlarında və texniki qiymətləndirmələrdə iştirak
- Təhlükəsizlik qaydalarına və layihə tələblərinə uyğunluğun təmin edilməsi
- Sahədə görülən elektrik işlərinin keyfiyyətinə nəzarət
- Method statement və texniki submittal sənədlərinin hazırlanmasına dəstək
İş şəraiti
- Əmək haqqı: 2500 AZN
- İş yeri: Bakiı şəhəri, rayonlara ezam olmaqla
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.