Təsvir
- Şirkət üzrə əməkdaşların inkişaf ehtiyaclarının müəyyən edilməsində rəhbərlərlə əməkdaşlıq etmək.
- Hər bir əməkdaş üçün Fərdi İnkişaf Planlarının (IDP) hazırlanmasını koordinasiya etmək və metodoloji dəstək göstərmək.
- IDP-lərin icra vəziyyətini mütəmadi izləmək, tərəqqini qiymətləndirmək və hesabatlar hazırlamaq.
- Rəhbərlərlə birlikdə inkişaf məqsədlərinin müəyyən olunmasını və SMART prinsiplərinə uyğun formalaşdırılmasını təmin etmək.
- İnkişaf planlarında nəzərdə tutulan təlim, kouçinq, mentorluq, rotasiya və digər inkişaf fəaliyyətlərini planlaşdırmaq və koordinasiya etmək.
- Təlim ehtiyaclarının analizi (TNA) aparmaq və nəticələr əsasında illik inkişaf planlarının hazırlanmasına töhfə vermək.
- Karyera inkişafı, varislik planlaması (Succession Planning) və istedadların idarə olunması proseslərinə dəstək vermək.
İş qrafiki: 5 gün, 09:00-18:00
Tələblər
- Ali təhsil (İnsan Resurslarının İdarə Edilməsi, Biznesin İdarə Edilməsi, Menecment, Psixologiya, Pedaqogika və ya digər uyğun ixtisaslar üzrə).
- Təlim və inkişaf sahəsində minimum 2- 3il iş təcrübəsi.
- Fərdi İnkişaf Planlarının (IDP) hazırlanması üzrə təcrübə (Mütləq)
- Texniki biliklər: MS Office ( Yüksək səviyyədə Excel biliyi)
- Rəqəmsal təlim platformaları və e-learning həlləri ilə iş təcrübəsi.
- Layihələrin idarə edilməsi və müxtəlif funksional komandalarla işləmək təcrübəsi
- Analitik düşünmə və məlumatların təhlili bacarığı.
- Planlaşdırma və təşkilatçılıq bacarığı.
- Təşəbbüskarlıq və nəticəyönümlülük.
- Ezamiyyətlərə açıq olmaq
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Nəqliyyat
- Karyera yüksəlişi
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.