Keyfiyyəti idarəetmə sistemi üzrə mütəxəssis

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Keyfiyyəti idarəetmə sistemi üzrə mütəxəssis

  • Deadline 25 İyul 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə və öhdəliklər:

  • Cəmiyyətin struktur bölmələrində KİS üzrə sənədlərin reviziyasını və razılaşdırılmasını təmin etmək, KİS üzrə sənədlərin hazırlanmasında və təkmilləşdirilməsində iştirak;
  • Keyfiyyət idarəetmə sisteminə aid sənədlərin dövri olaraq adekvatlığını yoxlamaq, aktuallığını qismən və ya tamamilə itirmiş sənədlərə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı Keyfiyyət menecerinə təkliflər vermək, qüvvədə olmayan sənədlərin istifadə olunmasına nəzarət etmək;
  • Cəmiyyətin struktur bölmələrinin şirkətdə tətbiq edilən cari İSO standartına uyğun olaraq idarəetmə sistemi üzrə daxili auditlərin aparılması, uyğunsuzluqların aradan qaldırılması istiqamətində tənzimləyici tədbirlərin icrasına nəzarət edilməsi və uyğunsuzluğun təhlilində iştirak etmək; Keyfiyyət Menecerinin və rəhbərliyin göstərişindən asılı olaraq müvafiq struktur bölmələrin plandan kənar audit edilməsi;
  • İdarə etmə sistemi çərçivəsində aidiyyati struktur bölmələrə lazımi sənədlərin, o cümlərən prosedurların, təlimatların, düzəliş olunmuş və ya yenilənmiş məlumatların göndərilməsi və məsul şəxslər ilə kommunikasiyanın saxlanması;
  • Keyfiyyət Meneceri tərəfindən audiyyati bölmələrə verilmiş tapşırıqlar ilə bağlı icraata nəzarət;
  • Struktur bölmələri üzrə proses və sənədlərdə təkmilləşdirmələr təklif etmək;
  • Keyfiyyət idarəetmə sisteminin Rəhbərlik tərəfindən analizi üçün zəruri olan məlumatların hazırlanmasında və sistemləşdirilməsi işində iştirak etmək, Rəhbərliyin iştiraki ilə İSO üzrə həyata keçirilən iclasların nəticəsində İSO ilə bağlı olan məsələlərə nəzarət edilməsinə dəstək;
  • Keyfiyyət İdarəetmə Sistemi tələbləri istiqamətində risklərin müəyyən edilməsi və izlənilməsinin təmin edilməsi;
  • Keyfiyyətin İdarəedilməsi istiqaməti üzrə aylıq, rüblük, illik hesabatların hazırlanmasında iştirak;
  • Keyfiyyətin İdarəedilməsi ilə əlaqəli maarifləndirici təlimatların hazırlanmasında və şirkət əməkdaşlarına kommunikasiya edilməsində iştirak;
  • Öz səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Biliklər:

  • Ali təhsil (Biznes, İqtisadiyyat və İdarəetmə sahəsində təhsil səviyyəsinə üstünlük verilir);
  • Daxili nəzarət və audit, KİS sahələrində 2-3 il təcrübə (sığorta, bank və digər maliyyə institutlarında təcrübəli namizədlərə üstünlük verilir);
  • Keyfiyyətin İdarəedilməsi Sistemi sahəsində müvafiq təlimlərdə iştirak. (İSO 9001:2015, Daxili auditor təlimi və s.);
  • Dil bilikləri: Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması. Rus dili bilikləri arzuolunandır;
  • Kompyuter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı.

Bacarıqlar:

  • Səlis nitq, fikri aydın izah etmə və təqdimat bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Yaxşı ünsiyyət bacarığı;
  • Məntiqi və analitik düşüncə;
  • Stresə davamlılıq;
  • Təşəbbüskarlıq;
  • Məqsədyönlülük;
  • Emosional stabillik və məsuliyyətli olmaq.müəyyən etmək bacarığı, güclü analitik bacarıq;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Eyni anda birdən çox layihəni idarə etmək bacarığı.

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

  • Günlük144
  • Həftəlik591
  • Aylıq2310