Hal-hazırda “PAŞA Technology” MMC “Satınalma üzrə baş mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.
Əsas öhdəliklər:
- Satınalma sifarişlərinin (Purchase Order – PO) vaxtında və dəqiq şəkildə, Satınalma SLA-sına uyğun icrasını təmin etmək;
- Müxtəlif texniki istiqamətlər üzrə tender və rəqabətli satınalma proseslərinin planlaşdırılması, təşkili və icrasına rəhbərlik etmək;
- Xərc azaldılması, proses səmərəliliyi və performansın artırılması məqsədlərinə davamlı şəkildə nail olmaq;
- Təchizatçılarla güclü işgüzar münasibətləri idarə etmək, tələb olunan tərəfdaşlıq statuslarını və sertifikatları yeniləmək və qorumaq;
- İT bazarını və texnoloji tendensiyaları mütəmadi izləmək, yeni məhsullar və texnologiyalar haqqında məlumatlı olmaq;
- Təchizatçılar tərəfindən keçirilən tədbirlərdə, seminar və təqdimatlarda iştirak etmək;
- Zəruri hallarda istifadəçilərə satınalma sorğularının formalaşdırılmasında dəstək göstərmək;
- Hər bir tələbat üçün müvafiq satınalma strategiyasını və üsulunu Satınalma Siyasəti və Texniki Təminat Proseduruna əsasən müəyyən etmək;
- Kotirovka sorğularını aparmaq, təklifləri qiymətləndirmək, danışıqlar aparmaq və qiymət, keyfiyyət və təhvil müddətinə görə ən optimal təchizatçını seçmək;
- Təchizatçılar və daxili maraqlı tərəflərlə gündəlik koordinasiyanı təmin etmək;
- Satınalma fəaliyyətinə dair performans göstəriciləri (KPI-lər) və nəticələr barədə rəhbərliyə müntəzəm hesabatlar təqdim etmək;
- Satınalma fəaliyyətinin tam şəkildə daxili qaydalara, etik prinsiplərə və audit tələblərinə uyğunluğunu təmin etmək;
- Etik Satınalma Prinsipləri bilikləri və tədbiqi.
Tələb olunan bilik və bacarıqlar:
Təhsil:
- Ali təhsil.
- Satınalmalar istiqamətində sertifikasiyanın olması mütləqdir.
- CIPS Sertifikatı və ya İrəli dərəcə (Advance level) sertifikatın olması vacibdir.
Bacarıqlar və təcrübə:
- Minimum 5 il satınalma sahəsində iş təcrübəsi.
- İT və texniki satınalma sahəsində təcrübə üstünlükdür.
- Strateji satınalma.
- Bazar analizi.
- Müqavilə idarəetməsi.
- Təchizatçı münasibətlərinin idarə olunması (SRM).
- Xərc optimizasiyası və ümumi mülkiyyət dəyəri (TCO).
- Kateqoriya idarəetməsi.
- Satınalma risklərinin idarəolunması.
- Danışıqlar və təsir bacarığı.
Kompüter bilikləri:
- MS Excel, MS Word, MS Outlook (əla).
- 1C və ya digər ERP satınalma alətləri üzrə yüksək səviyyədə bilik.
Fərdi bacarıqlar\ Davranışlar
- Gündəlik əməliyyatlarda dürüst olmaq: hər zaman düzgün addımları düzgün yollarla atmaq.
- Ünsiyyətqurma.
- Stresin idarə olunması.
- Vaxtın idarəedilməsi.
Dil bilikləri:
- Azərbaycan, İngilis və Rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı.
Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanacaq.