İdman zalının bar işçisi (Bartender)

  • Deadline 15 Avqust 2026

Əsas vəzifə və öhdəliklər

  • İdman zalının bar hissəsində müştərilərə yüksək xidmət standartlarına uyğun xidmət göstərmək;
  • Protein kokteylləri, qəhvə, sərinləşdirici içkilər və menyuda təqdim olunan digər məhsulları hazırlamaq və təqdim etmək;
  • Müştərilərə məhsullar haqqında məlumat vermək və onların ehtiyacına uyğun seçim etmələrinə kömək etmək;
  • Bar məhsullarının (protein, vitamin, enerji içkiləri, qəlyanaltılar və s.) satışını həyata keçirmək;
  • Gündəlik kassa əməliyyatlarını və ödənişlərin qəbulunu həyata keçirmək;
  • Məhsul ehtiyatına nəzarət etmək, azalan məhsullar barədə rəhbərliyə vaxtında məlumat vermək;
  • Məhsulların son istifadə tarixlərini mütəmadi yoxlamaq və saxlama qaydalarına riayət etmək;
  • Bar sahəsinin, avadanlıqların və istifadə olunan inventarın təmiz və səliqəli saxlanılmasını təmin etmək;
  • Gündəlik satış hesabatlarını hazırlamaq və növbə təhvil-təslimi zamanı müvafiq məlumatları təqdim etmək;
  • Müştərilərlə nəzakətli və peşəkar ünsiyyət qurmaq, yaranan müraciətləri operativ şəkildə həll etmək;
  • Təhlükəsizlik, sanitariya və gigiyena qaydalarına ciddi riayət etmək.

Tələblər

  • Qida, içki, kafe, bar və ya müştəri xidməti sahəsində iş təcrübəsi üstünlükdür;
  • Kassa sistemi və POS terminalları ilə işləmək bacarığı üstünlükdür.

İş şəraiti

  • İş yeri: Atom İdman Zalı (Statistika filialı)
  • İş rejimi: Növbəli (idman zalının iş saatlarına uyğun gündüz/axşam növbələri, uyğun olaraq dəqiqləşdirilə bilər)

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Zəhmət olmasa, email-in mövzu hissəsində “İdman zalının bar işçisi (Bartender)” qeyd edin.

  • Daily3
  • Weekly434
  • Monthly2701