Kargüzar

  • Deadline 4 Dekabr 2026

Əsas Vəzifə Öhdəlikləri:

  • Şirkətin filiallarından daxil olan sənədlərin tamlığını, uyğunluğunu və düzgünlüyünü yoxlamaq;
  • Yoxlanılmış sənədləri arxiv otağında aidiyyəti qovluqlar üzrə sistemli şəkildə yerləşdirmək;
  • Arxiv qovluqlarının dövri auditini aparmaq və sənədlərin mühafizəsini təmin etmək;
  • Sənədlərdə aşkar olunmuş xətalar və uyğunsuzluqlar barədə filial müdirlərini məlumatlandırmaq, düzəlişlərin olunmasını tələb etmək və izləmək;
  • Borcu bitmiş müştərilərin sənədlərini borclular bölməsindən çıxararaq müvafiq arxiv qovluğuna köçürmək;
  • Hüquq şöbəsinin tələb etdiyi sənədləri məhkəmə və digər dövlət organlarına vaxtında çatdırmaq;
  • Müddəti bitməkdə olan sənədlərin siyahısını hazırlayaraq Hüquq şöbəsinə təqdim etmək;


Namizədə Dair Tələblər:

  • Təhsil: Ali və ya orta-ixtisas təhsili;
  • İş təcrübəsi: Kargüzarlıq, arxiv işi və ya sənəd dövriyyəsinə nəzarət sahəsində iş təcrübəsi arzuolunandır;
  • Bilik və Bacarıqlar:
  • Sənədləşmə standartları və kargüzarlıq qaydaları barədə anlayış;
  • Yüksək diqqətcillik, məsuliyyət və təşkilatçılıq bacarıqları;
  • Şirkətdaxili komanda və filial rəhbərləri ilə effektiv kommunikasiya qurmaq qabiliyyəti;
  • İntizamlılıq və iş vaxtının planlaşdırılması bacarığı (gündəlik planlama və icra).
  • İş qrafiki: 6 gün
  • Ünvan: Baş Ofis, Yasamal r-n, İnşaatçılar m/s, Tri korona binası, evol mebel


Müraciət Qaydası:

Uyğun namizədlərdən CV-lərini mövzu hissəsində "Kargüzar" qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.

  • Daily79
  • Weekly446
  • Monthly447