S Shamkir Agropark
  • 322

Aparıcı Aqronom /Şəmkir

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aparıcı Aqronom /Şəmkir

  • Deadline 20 İyul 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Meyvə bağlarının inkişaf etdirilməsi, yəni, əkinçiliyə nəzarət, torpağın hazırlanması, suvarma, kimyəvi maddələrin tətbiqi, bitkilərin mühafizəsi və məhsul yığımı üçün zəruri olan əsas praktiki bacarıqlara malik olmalıdır.      
  • Kiçik texniki heyətin təlim, məsləhət və monitorinq məqsədləri üçün traktorların idarə edilməsi, mexanizmlərin istifadəsi və ya sahələrin dərmanlanması kimi praktiki fəaliyyətləri yerinə yetirə bilməlidir.                             
  • Məhsulun keyfiyyətini qoruyub-saxlamalı və nəzarət etməli.                
  • Ziyanverici həşəratlara və xəstəliklərə nəzarət olunması ilə bağlı məlumatları qoruyub-saxlamalı.                                                                    
  • Bitkilərin yoxlanılmasına nəzarət etməli və bağçılıq məhsullarını təhlil etməli.
  • Traktorlar, toxum, şitillər, kök sistemləri, gübrələr və kimyəvi maddələr kimi maşınlar, avadanlıqlar və ləvazimatların satın alınmasının planlaşdırılmasında Satınalma komandası ilə əməkdaşlıq edə bilməlidir.
  • Dəyişən amillərə, digər sözlə desək, hava şəraiti, su təchizatı, bitki və ya ağacların böyümə mərhələsinə uyğunlaşmaq üçün alternativ proseduralar müəyyən etmək və təsdiqləmək qabiliyyəti olmalıdır.                                                                           
  • Meyvə bağı üzrə planlara dəstəkləmək üçün bitkilər üzrə təlimlər, budama, suvarma, ziyanverici  həşəratlara və xəstəliklərə nəzarət etməlidir 
  • Bitkilərin böyümə müddətlərini müəyyənləşdirmək və ya hava şərtlərinə əsasən bitkiyə dəyə biləcək zərəri təxmini hesablamaq üçün  meyvə bağlarının və sahələrin yoxlanılmasına təmin etməlidir.                                                
  • Bitkilərin yetişdirilməsi, bitkilərin ümumi çoxalması və mikro-çoxalması, sortların yetişdirilməsi üzrə irəliləyişlər və bağçılıq sahəsində in-vitro irəliləyişlər üzrə ümumi məlumata malik olmalı və texniki hesabatlar vasitəsilə həmin məlumatları yeniləməli və yeni üsulların tətbiqinə nəzarət etməli.                                                                         
  • Səmərəli məhsul istehsalına nail olmaq üçün tövsiyələr vermək məqsədilə düzgün məlumatların və ya etibarlı tövsiyələrin tətbiqi.                                                                                 
  • Bitkilərin qidalanması, maşın və avadanlıqların inkişafı və bitkilərin mühafizəsi texnologiyasını gündəmə gətirmək üçün əsaslı tədqiqat bacarıqlarına malik olmalı.
  • Büdcə parametrləri ilə müqayisədə meyvə bağının inkişafına dəstək olmaq üçün maliyyə vəziyyətlərinin və istehsalın planlaşdırılması üçün bazara dair lazımi biliklərə malik olmalı.                                                                                                                      
  • Daha çox məhsuldarlıq və dəqiqlik üçün qurutma, süzmə, saxlama və göndərmə prosesində dəyişiklikləri müəyyən edə bilməli.                                                                       
  • Yüksək məhsuldarlıq və ya xəstəlik və həşəratlara qarşı davamlılığa malik olan hibrid bitki növlərinin böyüməsi və istehsalını planlaşdırmaq və istiqamətləndirmək üçün bağçılıq və aqronomiya ilə bağlı ətraflı biliklərə malik olmalı.
  • Aqrotexniki, kimyəvi və bioloji mübarizənin, müalicəvi və qırıcı tədbirlərin kompleks şəkildə həyata keçirilməsini təmin edir
  • Pestisidlərin saxlanılmasına, daşınmasına və istifadəsinə nəzarət edir, sınaqdan və qeydiyyatdan keçmiş pestisidlərin təsərrüfatlarda tətbiq edilməsinə nəzarət edir, eyni zamanda bitki mühafizə tədbirlərinin iqtisadi səmərəliliyini təyin edir
  • Bitki mühafizəsi üzrə əkin materiallarının və toxumun entomofltomatoloji vəziyyətinə nəzarəti təşkil edir.
  • Bitki mühafizə tədbirlərinin həyata keçirilməsi üçün cari və illik planlar tutur
  • Əkin sahələri üzrə tələb olunan yüksək kondisiyalı, keyfiyyətli, rayonlaşmış bitki sortları üzrə tinglərin tədarükü işində iştirak edir
  • Bağ sahəsində məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq, kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və kənd təsərrüfatı texnikalarından səmərəli istifadə və düzgün dislokasiyası üçün bütün lazımi tədbirlərin görülməsinə təmin etmək
  • Tinglərin intensiv texnologiya əsasında əkinini təmin edir
  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edir;

Namizədə tələblər:

  • Aqronom sahəsində ən azı 5 il  iş təcrübəsi olmalıdır;
  • Aqronomluq ixtisası üzrə ali təhsil;
  • MS Office proqramları və İnternet, E-Mail-dən istifadəni bilməli;
  • Diqqətli və məsuliyyətli olmalıdır;
  • Azərbaycan dilin biliyi. Rus və İngilis dili bilikləri arzu olunandır

Əlavə məlumat:

  • İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
  • İş yeri Şəmkir ş.

Maraqlanan şəxslər öz CV formalarını Aparıcı Aqronom(Şəmkir)" başlığı ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly428
  • Monthly2174