“Şəmkir Aqropark” MMC Cənubi Qafqazda ilk "Aqropark" formatlı kənd təsərrüfatı layihəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 16 aprel 2014-cü il tarixli, "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı"ndan irəli gələn aqroparkların yaradılması ilə bağlı göstərişə əsasən 15.11.2014 tarixində ölkə başçısının Şəmkir şəhərinə səfəri zamanı Şəmkir Aqropark logistika mərkəzinin təməli qoyulmuşdur. Təməli 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulan “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzinin 20.08.2017-ci ildə açılışı olub.
Kompleks beynəlxalq formatda fəaliyyət göstərmək üçün nəzərdə tutulmuş biznes layihəsidir. Şəmkir Aqroparkın fəaliyyəti müasir istehsal, logistika və satış texnologiyalarına əsaslanır
Aqroparkın yaradılması ölkənin ixrac həcminin artırılmasında və coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kiçik və orta fermerlərin innovativ qabiliyyətinin artırılmasında, intensiv metodların geniş tətbiqində, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşmasında, yüksək məhsuldarlığın əldə olunmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin yaradılmasında əhəmiyyətli rol oynayacaqdır. Eyni zamanda Aqropark kiçik fərdi istehsalçı səviyyəsindən geniş miqyaslı aqrar sənaye istehsalına keçidin və xarici bazarlara stabil və etibarlı çıxışın təmin edilməsinə şərait yaradacaq, innovativ texnologiyaların, həmçinin vahid standartların tətbiqi və son məhsulda davamlı keyfiyyətin əldə edilməsini şərtləndirəcəkdir.
Aqroparkın ümumi ərazisi 604 hektar təşkil edir. Aqroparkda 1-ci mərhələ üzrə nəzərdə tutulan işlər artıq yekunlaşmışdır. Belə ki, tutumu 24 min ton olan Logistik Mərkəz, Bir Pəncərə Kompleksi, TIR parkı, avtodayanacaq, helikopter meydançası və laboratoriya yaradılmışdır.
Shamkir Agropark Aparıcı Aqronom /Şəmkir